23 Oktyabr 2017, Bazar ertəsi - 15:32

İtaliya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

İtaliya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Elçin Zodorov, redaktor

10:02 - 31 Avqust, 2017

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Spa trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

İtaliya Qran Prisinin təşkilatçıları Rettifilio şikanasını yığışdıraraq və Curva Grande döngəsini dəyişərək trasın konfiqurasiyasını yeniləməyi planlaşdırırdılar. Lakin Montsadakı tarixi parkın mühafizəçiləri ilə razılığa gəlmək mümkün olmayıb. Buna görə də, trasda keçənilki ilə müqayisədə, yalnız təhlükəsizlik tədbirlərində dəyişikliklər var.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, əsas düzlüyün asfalt örtüyü dəyişdirilib. 4-cü, 8-ci və 11-ci döngələrdə TecPro baryerlər quraşdırılıb. 6-cı, 7-ci və 10-cu döngələrdəki baryerlərdə də dəyişikliklər edilib.

DRS zonaları əvvəlki kimi qalıb. Birinci ötmə zonasının interval ölçmə nöqtəsi 7-ci döngəyə 95 metr qalmış, aktivasiya nöqtəsi isə həmin döngədən sonrakı düzlükdə yerləşir.

İkinci ötmə zonasının ölçmə nöqtəsi Parabolikaya 20 metr qalmış, aktivasiya nöqtəsi isə finiş cizgisindən 115 metr sonra yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 829
Teqlər , , , ,
Paylaş

logo