17 Oktyabr 2017, Çərşənbə axşamı - 21:03

İtaliya-2017: Sürücülərin cərimə balları

İtaliya-2017: Sürücülərin cərimə balları

Müəllif: Elçin Zodorov, redaktor

07:12 - 05 Sentyabr, 2017

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xatırladır ki, iki gün əvvəl baş tutmuş yarışda cərimə balı alan yeganə sürücü Colion Palmer olmuşdu – o, Fernando Alonsonu trasdan çıxaraq üstünlük əldə etmək hesabına ötdüyü üçün cəzalandırılmışdı. Növbəti yarış iki həftə sonra keçiriləcək və o vaxta qədər heç bir sürücünün cərimə balı silinməyəcək. Sinqapur Qran Prisindən bir gün sonra isə Force İndia-nın hər iki sürücüsü keçən il Marina Beydə aldıqları cərimə ballarından azad olacaqlar.

YerNSürücüBal1-ci cərimə2-ci cərimə3-cü cərimə4-cü cərimə5-ci cərimə6-cı cərimə
12Daniil Kvyat102 (ABŞ, 2016)1 (Meksika, 2016)2 (Kanada, 2017)2 (Avstriya, 2017)2 (Britaniya, 2017)1 (Macarıstan, 2017)
220Kevin Maqnussen72 (ABŞ, 2016)1 (Rusiya, 2017)2 (Kanada, 2017)2 (Macarıstan, 2017)
35Sebastyan Fettel72 (Malayziya, 2016)2 (Meksika, 2016)3 (Azərbaycan, 2017)
430Colion Palmer62 (Əbu Dabi, 2016)3 (Çin, 2017)1 (İtaliya, 2017)
511Serxio Peres63 (Sinqapur, 2016)2 (Monako, 2017)1 (Belçika, 2017)
62Stoffel Vandorn51 (Rusiya, 2017)2 (İspaniya, 2017)2 (Avstriya, 2017)
719Felipe Massa52 (Braziliya, 2017)3 (Belçika, 2017)
855Karlos Sayns51 (Meksika, 2016)2 (Bəhreyn, 2017)2 (Kanada, 2017)
94Niko Hülkenberq44 (Çin, 2017)
1031Esteban Okon42 (Sinqapur, 2016)2 (Braziliya, 2016)
1133Maks Ferstappen31 (Meksika, 2016)2 (Macarıstan, 2017)
127Kimi Rəykkönen33 (Belçika, 2017)
138Roman Qrojan33 (Çin, 2017)
146Niko Rosberq22 (Malayziya, 2016)
1594Paskal Verlyayn22 (İspaniya, 2017)
1644Lyuis Həmilton22 (Bəhreyn, 2017)
1722Censon Batton22 (Monako, 2017)

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 009
Teqlər , , , , ,
Paylaş

logo