İtaliya-2017: Mətbuat konfranslarının cədvəli

İtaliya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Esteban Okon və Serxio Peres (hər ikisi Force İndia) və Sebastyan Fettel (Ferrari) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Roman Qrojan (Haas), Niko Hülkenberq (Renault) və Karlos Sayns (Toro Rosso) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Mauritsio Arrivabene (Ferrari), Frederik Vassyör (Sauber) və Toto Volff (Mercedes), sonra isə Robert Förnli (Force İndia), Cin Haas (Haas) və Kler Uilyams (Williams) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*