11 Dekabr 2017, Bazar ertəsi - 07:47

İtaliya-2017: Günün sürücüsü – Daniel Rikkardo

İtaliya-2017: Günün sürücüsü – Daniel Rikkardo

Müəllif: Elçin Zodorov, redaktor

18:06 - 03 Sentyabr, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa güc qurğusunun elementlərini dəyişdiyi üçün startda yer itirərək arxalardan başlayan, ötmələr və gec pit-stop edərək xeyli yer qazanan, yekunda isə dördüncü yeri tutan Red Bull komandasının sürücüsü Daniel Rikkardo  “Günün Sürücüsü” seçilib. Avstraliyalı sürücü cari mövsümdə Britaniya Qran Prisindən sonra ikinci dəfə bu ada layiq görülür. Keçən il isə azarkeşlər onu yalnız Almaniyada hamıdan yaxşı hesab etmişdilər.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiSebastyan Fettel
Çin Qran PrisiMaks Ferstappen
Bəhreyn Qran PrisiSebastyan Fettel
Rusiya Qran PrisiValtteri Bottas
İspaniya Qran PrisiSebastyan Fettel
Monako Qran PrisiSebastyan Fettel
Kanada Qran PrisiSebastyan Fettel
Azərbaycan Qran PrisiLəns Stroll
Avstriya Qran PrisiValtteri Bottas
Britaniya Qran PrisiDaniel Rikkardo
Macarıstan Qran PrisiKimi Rəykkönen
Belçika Qran PrisiLyuis Həmilton
İtaliya Qran PrisiDaniel Rikkardo

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 188
Teqlər , , , ,
Paylaş

logo