İtaliya-2017: Birinci sərbəst yürüşlər

İlk sessiyada bütün komandalar əsas sürücülərin köməyindən istifadə ediblər. Haas komandası Kevin Maqnussenin əvəzinə Antonio Covinatsini sükan arxasında əyləşdirməyi planlaşdırırdı, lakin bu gün və sabaha yağış vəd olunduğundan, komanda fikrindən daşınıb. Çünki növbəti sessiyalarda quru havada işləmək imkanı olmaya bilər.

F-1.az bildirir ki, sessiyanın əvvəlində Alonso və Sayns Halo sistemi ilə trasa çıxıblar. Sayns bir dövrədən sonra boksa qayıtsa da, Alonso bir neçə dövrə vurub. Sonra isə sistem maşından sökülüb. Red Bull Ferstappenin maşınını sessiyanın əvvəlinə hazır edə bilməyib. Palmer də problemlərə görə bir saatı boksda keçirməli olub.

Startdan 40 saniyə sonra trasa yağış damcıları düşüb. Tribunalarda çətirlər görünsə də, hava günəşli olub və sürücülər sliklərlə işləməyə davam ediblər. Yağış bir neçə dəfə beləcə yağıb və dayanıb, lakin komandaların işinə mane olmayıb. Həmilton protokollara başçılıq edib – 1:21.537.

Nahardan sonra məşqlər davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:21.537 28
2 77 Valtteri Bottas Mercedes AMG 1:21.972 + 0:00.435 31
3 5 Sebastyan Fettel Ferrari 1:22.652 + 0:01.115 24
4 7 Kimi Rəykkönen Ferrari 1:22.689 + 0:01.152 28
5 3 Daniel Rikkardo Red Bull 1:22.742 + 0:01.205 28
6 33 Maks Ferstappen Red Bull 1:22.749 + 0:01.212 23
7 11 Serxio Peres Force İndia 1:23.317 + 0:01.780 36
8 31 Esteban Okon Force İndia 1:23.400 + 0:01.863 34
9 2 Stoffel Vandorn McLaren 1:23.465 + 0:01.928 24
10 19 Felipe Massa Williams 1:23.561 + 0:02.024 37
11 55 Karlos Sayns Toro Rosso 1:23.680 + 0:02.143 22
12 20 Kevin Maqnussen Haas 1:23.973 + 0:02.436 22
13 18 Ləns Stroll Williams 1:23.991 + 0:02.454 30
14 26 Daniil Kvyat Toro Rosso 1:24.012 + 0:02.475 27
15 14 Fernando Alonso McLaren 1:24.015 + 0:02.478 17
16 8 Roman Qrojan Haas 1:24.079 + 0:02.542 22
17 27 Niko Hülkenberq Renault 1:24.542 + 0:03.005 17
18 30 Colion Palmer Renault 1:25.166 + 0:03.629 21
19 94 Paskal Verlyayn Sauber 1:25.223 + 0:03.686 26
20 9 Markus Eriksson Sauber 1:25.687 + 0:04.150 17
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*