İtaliya-2016: Texniki analiz

Komandalar mövsümün nəticəsini öncədən bilmələrinə baxmayaraq aktiv şəkildə 2017-ci ilə hazırlıqlarını görürlər. Montsa trası bunun üçün çox əlverişlidir. F-1.az ən sürətli trasın ən maraqlı yeniliklərini sizlərə təqdim edir.

Mercedes

Mercedes W07-nin arxa asılqanı

Asılqanla iş çempion komandanın ayrı-ayrı bölmələri tərəfindən toplanmış göstəricilərə əsaslanır. Bunlar, “mul”un şassisini Pirelli testləri üçün hazırlayan qrup və gələn il üçün W08-in mühəndisləridir.

İndiki çoxrıçaqlı strukturun dəyişdirilməsi qərarı Avstriya Qran Prisindən sonra gəldi, orada yeni porebriklərlə (1) təmasdan sonra Niko Rosberqin maşınının asılqanı dağılmışdı.

Mercedes W07-nin arxa asılqanı
Mercedes W07-nin arxa asılqanı

Hələlik, fotoda göstərilən variantın sadəcə, köhnə qovşağın gücləndirilmiş versiyası olması, yaxud da onun geometriyasında da dəyişikliklərin baş verməsi haqqında tam əminlik yoxdur. Lakin irəlidəki sınaqların məqsədi şübhə doğurmur – əvvəlkindən daha sürətlə şütümək.

 

Toro Rosso

Toro Rosso STR11-in arxa qanadı.

Belçikadakı uğursuzluqlarını tezliklə keçmişdə saxlamağa can atan Red Bull konserninin “kiçik” komandasında ötənilki Ferrari mühərrikinin at qüvvəsinin çatışmazlığını qismən də olsa kompensasiya etməyə imkan verəcək həllərin axtarışını davam etdirirlər.

Montsadakı öz ev yarışına Toro Rosso aşağı səviyyəli asfaltayatma qüvvəsinə hesablanmış arxa qanad gətirdi. Biz onu artıq əvvəllər də görmüşdük – yan lövhələrin ön yuxarı hissəsində orada cüt-cüt olmaqla dəlik-jalüzlər yerləşib ki, bunlardan hamıdan əvvəl (2) məhz STR-də istifadə edilməyə başlanıb.

Toro Rosso STR11-in arxa qanadı.
Toro Rosso STR11-in arxa qanadı.

Amma, əgər qanad səthi praktik olaraq üfüqi yerləşibsə, onda köməkçi olan çox böyük hücum bucağı altında qurulub. Bundan başqa, ona uc kənar-haşiyə əlavə edilib.

İlk baxışdan bu cür yanaşmanı məhsuldar adlandırmaq olmaz. Axı, Montsada bu zaman asfaltayatma qüvvəsini qurban vermək lazım gəlsə də, hamı ənənəvi olaraq qabaq müqavimətdən qurtulmağa can atır.

Ancaq pilotlarına pelotonun ikinci hissəsində demək olar ki, yəqinliklə mübarizə aparmağın lazım olacağı Toro Rosso ilə bağlı halda bu addımın, istisna deyil ki, həqiqətən mənası vardır.

DRS-dən istifadə zamanı düz yolda maşının sürəti əvvəlki kimi yüksək olacaq, hansı ki, izafi asfaltayatma qüvvəsi döngələrdə çox faydalı olacaq.

 

Manor

Manor MRT05-in ön qanadı.

Britaniya komandası Montsada bolidin ön antiqanadın aşağı asfaltayatma qüvvəli konfiqurasiyasına balanslaşdırılmış yeni versiyasını gətirdi.

Ən yeni versiyada mühəndislər əsas kaskadın ucqar hissəsindən tam imtina etiblər, yerdə qalanlar isə yeni forma alıb – onların arxa kənar-haşiyəsi daha artıq əyilib (3).

Manor MRT05-in ön qanadı.
Manor MRT05-in ön qanadı.

Hücum bucağının artırılması ilə olan bu cür həll döngələrə girişdə əlavə asfaltayatma qüvvəsini artırmaq üçün nəzərdə tutulub – axı Montsada təkcə çoxlu uzun düz yollar deyil, həm də şikanlar var.

 

Haas

Haas VF-16 ön qanadı.

Yeni arxa antiqanadından istifadə edilməsi amerikalıları aerodinamik yüklənmə balansını gözləmək üçün maşının ön hissəsi ilə də məşğul olmağa vadar elədi.

Komandada qərara gəldilər ki, bizim sonuncu dəfə Silverstounda gördüyümüz ön qanada qayıdılsın – halbuki aydındır ki, Montsada lazımi məqsədlərə yetişmək üçün ondan başqa cür istifadə olunmalıdır (4).

Haas VF-16 ön qanadı.
Haas VF-16 ön qanadı.

Komandanın sərəncamında olan (aşağıdakı illüstrasiya) digər ön qanadla müqayisədə daha aşağı səviyyəli asfaltayatma qüvvəli variant daha az təmtəraqlı görünür – bəzi hissələr çıxarılıb ki, hava axınlarının ön təkər ətrafında axını dəyişilsin.

Bizim fotomuzdakı əsas kaskadın iki ucqar səthi bir qədər qəribə vəziyyətdədir, amma bu şəksiz dəyişiləcəkdi, belə ki, komanda sərbəst yürüşlər zamanı onların sazlanmasını həyata keçirirdi (5).

Haas VF-16 ön qanadı.
Haas VF-16 ön qanadı.

Ancaq yuxarı elementin xordasının uzunluğu Silverstoun üçün olan spesifikasiya ilə müqayisədə ixtisar edilib – onun arxa kənar-haşiyəsi kəsilib ki, Montsa trası üçün aşağı səviyyəli asfaltayatma qüvvəsinin tələblərinə cavab verə bilsin.

 

Red Bull

Red Bull RB12-nin arxa qanadı.

Red Bull güc qurğusunun Belçikadakı qüvvə çatışmamazlığını özünün ən yaxşı rəqibləri ilə müqayisədə daha aşağı asfaltayatma qüvvəli konfiqurasiyadan istifadə etməklə kompensasiya eləyir.

Montsada hər iki pilota daha çox “arıqlamış” arxa qanadlar təklif etdilər.

Qanadın özəllikləri fövqəladə az hücum bucaqlı qısa müstəvilərdir – bu, o deməkdir ki, qasırğanın meydana çıxmasından ötrü qanadın sonunda təzyiq fərqinin elə də güclü olmaması səbəbindən komanda dəlik-jalüzlərdən tamamilə izolyasiya ola bilər (6).

Red Bull RB12-nin arxa qanadı.
Red Bull RB12-nin arxa qanadı.

Bu, o demək deyil ki, Red Bull Racing həmin sahəyə diqqət yetirmir – yan lövhələr qasırğalamanın formasına və istiqamətinə kömək göstərmək üçün olan yuxarı kənar-haşiyənin iç hissəsi paz əldə etdi.

Qu quşunun boynu formasında olan və adətən əsas səthin ön hissəsinə bərkidilən və DRS ilə birləşən mərkəzi pilona diqqət yetirin. O, yenidən işlənib və indi qanada əsas səthin aşağı hissəsindən yanaşır (7).

Bu, təkcə DRS quraşdırılması üçün olduqca məhdud yerlə bağlı deyil, həm də pilonun yaratdığı hava axınının mümkün hazırlanması ilə də əlaqədardır.

 

McLaren

Arxa qanad və Halo.

Montsanın iştirakçılara etdiyi çağırışların öhdəsindən gəlməkdən ötrü McLaren arxa qanadın kifayət qədər konservativ konstruksiyasını seçdi.

Bəzi digər komandaların nümunələri üzrə radikal variantdan istifadə etmək yerinə McLaren öz antiqanadı ilə ənənəvi dizaynla məhdudlaşmaq, sadəcə, daha qısa xordalı və az hücum bucaqlı səthlərdən yararlanmaq qərarına gəldi (8).

McLaren-in arxa qanadı
McLaren-in arxa qanadı

İnkişaf nöqteyi-nəzərindən bu cür yanaşma komandanın resurslarını daha mühüm işlərin aparılması üçün sərbəstləşdirir – Montsa üçün paketin asfaltayatma qüvvəsinin səviyyəsi nöqteyi-nəzərindən birdəfəlik olması nəzərə alınmaqla.

 

Halo

Halo-nu test etmiş pilotların siyahısı artmaqda davam edir – cümə günü ona Censon Batton əlavə olundu (9).

9

Kokpitin qoruyucusunun tətbiqinin 2018-ci ilə keçirilməsinin səbəblərindən biri onun mümkün qədər çox sayda pilot tərəfindən sınaqdan keçirilməsi zərurəti ilə bağlı idi. İtaliya Qran Prisində bunların sayı daha üç nəfər artdı.

 

Williams

Qrouvda, bir il əvvəl olduğu kimi, sürətli Montsa üçün ayrıca antiqanad hazırlamağa, artıq sərəncamlarında olanı işləyib tamamlamağa üstünlük verdilər.

İdeya sadə və funksionaldır: yuxarı aerodinamik elementi götürüb onun üçdə birini kəsmək (10).

10

Bu, büdcəsi heç də sərhədsiz olmayan Williams səviyyəli komanda üçün olduqca ağıllı gedişdir.

Əgər yeniliklərdən digər Qran Prilərdə də istifadə etmək mümkün olsaydı – bunların hazırlanmasının bir mənası olardı. Ancaq resursları yalnız Montsaya görə xərcləmək sadəcə, sərfəli deyil (11).

11

 

Force India

Force India VJM09-un asimmetrik ön əyləcləri.

Force India-da qərara gəldilər ki, bu Qran Pridə asimmetrik sxemi işə salsınlar. Pilotdan sol tərəfdəki “baraban” tam qapalıdır, sağdakında isə bir neçə dəlik açılıb (12).

Force India VJM09-un asimmetrik ön əyləcləri
Force India VJM09-un asimmetrik ön əyləcləri

Bu, əyləc mexanizmlərindən çıxan istiliyi kənarlaşdıraraq təkərə və təkər diskinə ötürməyə imkan verir.

Bu cür yanaşma, təkərə nəzarət baxımından çox mühümdür, pilota dövrələrin uzun seriyalarında onun dağılmasına daha yaxşı nəzarət etməyə imkan verir.

 

Renault

Renault RS16-nın arxa qanadının və soyutma sisteminin dəyişiklikləri.

İndiki mövsümdə Fransa konserninin komandası yenilikləri sağa-sola çox da səpələmir, belə ki, mühərrikin dəyişdirilməsi ilə bağlı gecikmiş qərarı nəzərə alsaq, onun maşını yaranışdan bəri kompromislidir. Lakin Montsada Renault-da nə isə yenilik tapıldı.

İtaliya Qran Prisi üçün mühəndislər aşağı səviyyəli asfaltayatma qüvvəli arxa qanad hazırlamışlar – onu hər iki səthin xordasının qısaldılması, azaldılmış hücum bucağı və yan lövhələrdə cəmi iki jalüzün olması fərqləndirir (13).

Renault RE16-nın arxa qanadının və soyutma sisteminin dəyişiklikləri.
Renault RE16-nın arxa qanadının və soyutma sistemi.

Şənbə günü sərbəst yürüşlərdə Colion Palmer həmçinin, soyutma sisteminin yeni konfiqurasiyasını sınaqdan keçirdi – komanda, payız yarışlarına hədəflənərək onun səmərəliyini artırmağa çalışır.

Kokpitin yan hissələrində yuxarıdakı fotodan da göründüyü kimi, əlavə dəliklər meydana çıxıb. Bunlar qızmar havaya pantonlardan elə tərzdə çıxmağa imkan verir ki, aerodinamikada çox da özünü göstərməsin (14).

14

Pontonların aşağı hissəsində çıxış dəliklərinin yeri aşağıya keçirilib, özü də axın bunlardan dərhal çıxaraq yuxarı istiqamətlənir – istiliyi güc qurğusunun elementlərindən və köməkçi qurğulardan kənara aparır.

Mənbə: Giorgio Piola, Matt Somerfield,
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*