20 Oktyabr 2017, Cümə - 16:28

İtaliya-2016: Yarış

İtaliya-2016: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

18:35 - 04 Sentyabr, 2016

Komandalar təqvimin ən sürətli trası olan Montsaya xüsusi aerodinamik paketlərlə gəliblər. Ferrari öz doğma trasdakı yarış üçün motorda yenilənmələr edib – rəqibləri isə bunu daha əvvəl etmişdilər. Montsada yarış isti havada baş tutub. Havanın temperaturu +29 dərəcəyə, asfaltın istiliyi isə +39 dərəcəyə qədər yüksəlib.

F-1.az xatırladır ki, həm sərbəst yürüşlər, həm də təsnifat mərhələsində Mercedes AMG sürücüləri keçilməz olublar. Lyuis Həmilton mövsümdə yeddinci poulunu komanda yoldaşı Niko Rosberqi yarım saniyə qabaqlayaraq alıb. Yarışa ikinci cərgədən başlamağa Spada olduğu kimi, Ferrari sürücüləri haqq qazanıblar – lakin bu dəfə Fettel Rəykköneni üstələyib. Üçüncü cərgədə Bottas və Rikkardo, dördüncü cərgədə isə Ferstappen və Peres qərarlaşıblar.

Roman Qrojan ötürmələr qutusunun dəyişdirilməsinə görə 5 yer itirib. Stüardlar sıralanma turunda qəza edərək vaxt göstərə bilməyən Okona yarışa çıxmaq üçün icazə veriblər. Mexaniklər onun maşınının bir çox hissələrini dəyişdirməli olublar.

Pirelli İtaliyaya mövsüm ərzində ən çox istifadə olunan üçlüyü – Medium, Soft və SuperSoft təkərləri gətirib. Montsada aşınma daha az olub və təkərlərlə daha uzun məsafələr qət etmək mümkün olub. Mercedes AMG sürücüləri sıralanma turunun ikinci sessiyasında sürətli dövrəni Soft təkərlərlə vurduqlarından, yarışa da məhz bu təkərlərlə başlayıblar. İlk onluqdakı digər sürücülər isə SuperSoft təkətlərlə start alıblar. Okon Medium, Massa, Verlyayn, Sayns, Qrojan, Nasr, Eriksson və Palmer də Soft təkərlərlə yarışa başlayıblar.

Yarışa pouldan başlayan Həmilton startda ləngiyib. Rosberq liderliyə yüksələrkən, onu Fettel izləyib. Həmilton altıncı yerə qədər geriləsə də, dərhal Rikkardonu keçərək beşinci olub. Ferstappen də startda itirənlərdən olub – hollandiyalı 4 pillə geriləyib. Montsada ilk dövrə yenə də insidentsiz ötüşməyib – Nasr və Palmer toqquşublar. Qəzaya görə Nasra 10 saniyəlik cəza verilib. Hər iki sürücü qəzadan sonra yarışı davam etdirsələr də, bir qədər sonra maşınlardakı zədələrə yarışı dayandırmalı olublar. İkinci dövrədən sonra ilk onluq: Rosberq – Fettel – Rəykkönen – Bottas – Həmilton – Rikkardo – Peres – Massa – Alonso – Hülkenberq.

Rosberq tezliklə Ferrari sürücüləri ilə arasındakı fərqi artırıb və onların DRS-in köməyi ilə hücumlar etmələrinə imkan verməyib. Ferstappen səkkizinci dövrədə Alonsonu, Həmilton isə 11-ci dövrədə Bottası ötüb. Yarışın 14-cü dövrəsində Alonso, Kvyat, Ferstappen və Bottas, 15-ci dövrəsində Hülkenberq və Maqnussen, 16-cı dövrəsində Rəykkönen, Peres və Batton, 17-ci dövrəsində isə Rikkardo. Massa, Fettel, Verlyayn və Qutyerres pit-stop ediblər.

Növbəti dövrələrdə digər sürücülər də pit yoluna üz tutublar. Yarışa Soft təkərlərlə başlamış Mercedes AMG sürücülərindən pit-stopa əvvəlcə Rosberq gəlib və ön sağ təkərin dəyişdirilməsi zamanı kiçik gecikmə olub. Həmilton isə bir dövrə sonra – 26-cı dövrədə pit-stop edib. Hər iki sürücü finişə qədər getməyə imkan verəcək Medium təkərlərə keçiblər. Yarışın 26-cı dövrəsindən sonra ilk onluq: Rosberq – Fettel – Rəykkönen – Həmilton – Bottas – Rikkardo – Peres – Ferstappen – Massa – Hülkenberq.

Yarışın iyirmi səkkizinci dövrəsində komanda Verlyayndan maşını dərhal təhlükəsiz yerdə saxlamağı tələb edib. Buna səbəb yağ təzyiqinin kəskin azalması olub. Bir dövrə sonra Peres və Qrojan, 31-ci dövrədə Bottas, 32-ci dövrədə isə Maqnussen pit-stop edib. Maqnussen Peresi, Bottas isə Hülkenberqi qabaqlayıb. Otuz dördüncü dövrədə Alonso və Fettel təkərlərini dəyişiblər. Kvyat pit yolunda sürət həddini aşdığı üçün ona 5 saniyə cəzası verilib. Lakin rus sürücü bir dövrə sonra texniki problemə görə maşını saxlamalı olub. Ferrari sürücülərinin də ikinci dəfə pit-stop etməsindən sonra Həmilton yarışda ikinci yerə yüksəlib. Qırxıncı dövrədən sonra ilk onluq: Rosberq – Həmilton – Fettel – Rəykkönen – Bottas – Rikkardo – Peres – Ferstappen – Massa – Hülkenberq.

Beləliklə, İtaliya Qran Prisinin taleyi elə startdaca həll olunub və Rosberq inamlı qələbə qazanıb. Bu, onun karyerasındakı 21-ci, bu mövsüm isə yeddinci qələbəsidir. Yay fasiləsinə Həmiltondan 19 xal geridə gedən Rosberq Belçikadan sonra İtaliyada da qalib gələrək fərqi 2 xala salıb. Williams Mühəndislər Kubokunda dördüncülüyü qaytarıb – onlar Spada Force İndia-ya keçilmişdilər. 2013-cü ildə Malayziyada keçirilmiş yarışdan sonra ilk dəfə sürətli dövrə McLaren sürücüsü tərəfindən vurulub. Mövsümün sonuncu Avropa yarışı da başa çatıb və bizi iki həftə sonra Sinqapurda maraqlı gecə yarışı gözləyir…

YerNSürücüKomandaZamanPit
16Niko RosberqMercedes AMG1:17:28.0891
244Lyuis HəmiltonMercedes AMG+ 0:15.0701
35Sebastyan FettelFerrari+ 0:20.9902
47Kimi RəykkönenFerrari+ 0:27.5612
53Daniel RikkardoRed Bull+ 0:45.2952
677Valtteri BottasWilliams+ 0:51.0152
733Maks FerstappenRed Bull+ 0:54.2362
811Serxio PeresForce İndia+ 1:04.9542
919Felipe MassaWilliams+ 1:05.6172
1027Niko HülkenberqForce İndia+ 1:18.6562
118Roman QrojanHaas+ 1 dövrə1
1222Censon BattonMcLaren+ 1 dövrə2
1321Esteban QutyerresHaas+ 1 dövrə2
1414Fernando AlonsoMcLaren+ 1 dövrə3
1555Karlos SaynsToro Rosso+ 1 dövrə2
169Markus ErikssonSauber+ 1 dövrə1
1720Kevin MaqnussenRenault+ 1 dövrə2
1831Esteban OkonManor+ 2 dövrə1

Sürətli dövrə: Fernando Alonso (McLaren) – 1:25.340 (51-ci dövrə, 244.373 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Daniil KvyatToro Rosso36Texniki problem
Paskal VelryaynManor26Texniki problem
Colion PalmerRenault7Qəza
Felipe NasrSauber6Qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG F1 Team250
26Niko RosberqMercedes AMG F1 Team248
33Daniel RikkardoRed Bull Racing161
45Sebastyan FettelScuderia Ferrari143
57Kimi RəykkönenScuderia Ferrari136
633Maks FerstappenRed Bull Racing121
777Valtteri BottasWilliams Martini Racing70
811Serxio PeresSahara Force India F1 Team62
927Niko HülkenberqSahara Force India F1 Team46
1019Felipe MassaWilliams Martini Racing41
1114Fernando AlonsoMcLaren Honda Formula 1 Team30
1255Karlos SaynsScuderia Toro Rosso30
138Roman QrojanHaas F1 Team28
1426Daniil KvyatScuderia Toro Rosso23
1522Censon BattonMcLaren Honda Formula 1 Team17
1620Kevin MaqnussenRenault Sport Formula 1 Team6
1794Paskal VerlyaynManor Racing MRT1
1847Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes498
2Red Bull RacingTAG Heuer290
3Scuderia FerrariFerrari279
4Williams Martini RacingMercedes111
5Sahara Force İndia F1 TeamMercedes108
6McLaren Honda Formula 1 TeamHonda48
7Scuderia Toro RossoFerrari45
8Haas F1 TeamFerrari28
9Renault Sport Formula 1 TeamRenault6
10Manor Racing MRTMercedes1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 572
Teqlər , , , , , ,
Paylaş

logo