İstanbul Parkda 42 min tamaşaçı

Türkiyə trası sürücülərin xoşuna gəlir, İstanbul Prakdakı yarışlar adətən maraqlı keçir, amma yerli əhali avtoidmana soyuq yanaşır. Avtodromun tribunalarını tursitlər […]

Türkiyə trası sürücülərin xoşuna gəlir, İstanbul Prakdakı yarışlar adətən maraqlı keçir, amma yerli əhali avtoidmana soyuq yanaşır.

Avtodromun tribunalarını tursitlər doldurur, hərçənd, digər avtodromlarda təşkilatçılar yerli azarkeşləri yarışa cəlb edirlər, çünki digər ölkələrdə yaşayan azarkeşlərin böyük seçimi var – İstanbula da gəlmək olar, Barselona və ya Monakoya da.

Bu il təşkilatçılar keçən illə müqayisədə daha çox bilet satıblar – yarış günü turniketlərdən 42 min tamaşaçı keçib, keçən il isə onların sayı heç 30 minə çatmamışdı, uik-endin üç günü ərzində isə avtodroma 115 min tamaşaçı toplaşıb.

Yarışın təşkilatçıları isə Berni Ekklstounun təklif etdiyi yeni müqavilənin şərtlərini qəbul etməkdən imtina edərkən həmişəki kimi tamaşaçı azlığından gileylənirlər. Çox güman ki, bu yarış İstanbul Parkda sonuncu olacaq – təqvimdə bu yarışın yerini tutmağa namizədlərins ayı kifayət qədərdir, azarkeşlər isə istənilən trasa gedəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*