20 Noyabr 2017, Bazar ertəsi - 07:37

iSport Formula1-də debüt etməyi planlaşdırır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:28 - 28 Aprel, 2009

GP2 seriyasında iSport komandasının başçısı Pol Cəkson Formula1-də debüt imkanlarını nəzərdən keçirir. Qərar reqlamentin son versiyasının dərcindən sonra qəbul ediləcək, […]

GP2 seriyasında iSport komandasının başçısı Pol Cəkson Formula1-də debüt imkanlarını nəzərdən keçirir. Qərar reqlamentin son versiyasının dərcindən sonra qəbul ediləcək, hələlik isə aydın deyil: bu yeni müstəqil komanda olacaq, yoxsa Cəkson hazırkı komandalardan birini alacaq, lakin o jurnalistlərə bildirib ki, debüt ilində onun komandasının ilk sürücüsü Bruno Senna olacaq…

Pol Cəkson: “Mən Formula1 komandalarının başçılarına sübut etmək istəyirəm ki, onlar pullarını hədər yerə sərf edirlər. Hazırkı komandaların strukturları məhud büdcə daxilində fəaliyyət göstərməyə imkan vermir, yəni məhdudlaşmaya razılaşarkən komandanı ağ vərəqdən yaratmaq lazımdır, GP2 mühəndislərini komandaya cəlb etmək olar, onlar aşağı maaşla işləməyə öyrəşiblər.

Hələlik heç bir qərar qəbul etməmişəm, biz bütün variantları öyrənirik, sürücülərə gəlincə, mən Bruno Sennanı sükan arxasında görmək istərdim. Mən inanıram ki, o Formula1-ə layiqdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 122
Teqlər
Paylaş

logo