İspaniyanın kralı FİA-nın Akademiyasının mükafatını alıb

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt İspaniyanın kralı I Xuan Karlosa avtoidmanın inkişafındakı xidmətlərinə görə FİA-nın Akademiyasının mükafatını təqdim edib. […]

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt İspaniyanın kralı I Xuan Karlosa avtoidmanın inkişafındakı xidmətlərinə görə FİA-nın Akademiyasının mükafatını təqdim edib. Mükafatın təqdim olunması mərasimi Madriddə kral sarayında baş tutub.

Xuan Karlos nüfuzlu mükafata ölkənin avtoidman klublarını dəstəklədiyinə görə və müxtəlif mill idman təşkilatlarının işindəki fəal iştirakına görə layiq görülüb…

Jan Todt: “Aləhəzrət Xuan Karlos həm ölkədə, həm də beynəlxalq arenada avtoidmanın və onun inkişafının çoxdan pərəstişkarıdır. O nüfuzlu idman tədbirlərinin fəxri qonğaı seçilir, bununla da İspaniyada idmanın, o cümlədən, avtoidmanın populyarlaşmasına böyük töhfə verir.”

Əvvəlki illərdə FİA-nın Akademiyasının mükafatını əfsanəvi sürücülər Cek Brəbhəm və Stirlinq Moss, Monakonun knyazı Renye və professor Sid Uotkins alıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*