İspaniyalı tütün əleyhdarları Ferrari-ni məhkəmə ilə hədələyiblər?

İspaniyanın siqaretçəkənlərlə milli mübarizə komitəsi (CNPT) Reklam İstehlakçıları Assosiasiyası (ASC) ilə birlikdə Madriddə keçirdikləri iclasda bəyan ediblər ki, Formula1-də əvvəlki […]

İspaniyanın siqaretçəkənlərlə milli mübarizə komitəsi (CNPT) Reklam İstehlakçıları Assosiasiyası (ASC) ilə birlikdə Madriddə keçirdikləri iclasda bəyan ediblər ki, Formula1-də əvvəlki kimi tütün reklamı mövcuddur.

TomorrowNewsF1.com saytının verdiyi xəbərə görə, Avropa İttifaqının üzvü olan ölkələrdə tütün reklamına formal qadağa hələ 2003-cü ilin mayından qüvvəyə minib, amma İspaniya həmişə bu qanundan yan keçə bilib, hərçənd, 2006-cı ilin yanvarında ölkədə bu sahədə ciddi olmasa da, amma müəyyən məhdudiyyətlər tətbiq olunub. Lakin indi yuxarıda adı çəkilən iki təşkilat rəsmən Ferrari-ini ittiham ediblər ki, komandanın maşınlarında motor qapağının üzərindəki hava kanalına çəkilən ştrix-kodlar məhz Marlboro brendini xatırladır.

İspaniyanın tütün əleyhdarları məhkəməyə müraciət etmək istəyirlər, onlar “gizli reklama” son qoymaq əzmindədirlər və hesab edirlər ki, Phillip Morris şirkəti Marlboro brendini reklam etmək üçün Ferrari-dən istifadə edir, komandaya sərmayə qoyuluşu isə yalnız bir məqsəd güdür: siqaret satışının həcmi artsın…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*