16 Dekabr 2017, Şənbə - 07:17

İspaniyada biz nələri görmədik?

İspaniyada biz nələri görmədik?

Müəllif: Afgan Haji, redaktor

16:28 - 24 May, 2016

İspaniya trası bütün komandalar üçün test keçirilməsi baxımından ən əlverişli hesab olunur. İspaniyada bolidi daha dəqiq öyrənməyə ehtiyac var. Mövsümöncəsi qış testləri İspaniyada keçirilir və 5-ci Qran Pridən sonra ilk mövsümiçi testlər də məhz İspaniyada baş tutur. F-1.az xatırladır ki, İspaniya trası ən çox texniki yeniliklər gətirilən trasdır. 

İspaniya Qran Prisi hər iki Mercedes pilotları üçün tez bitdi. Biz isə Mercedes bolidinin nəyə qadir olduğunu görə bilmədik. Cümə və şənbə gününün nəticələrini nəzərə alıb deyə bilərik ki, tətbiq edilən yeniliklər işləyirlər.

Mercedes-in ön antiqanadının əsas lövhəsi başqa forma almışdı ki, ön təkərlərin ətrafında hava axını başqa forma ala bilsin (1). Yeni modifikasiyada qanadın ön və arxa hissəsindəki havanın effektiv hərəkəti və şassinin altındakı hava axınının nizamlanmasına diqqət ayrılmışdı.

Yan lövhələrdəki kəsiklər (sarı rənglə işarələnib) əvvəldə yerləşdirilmiş qanadla (qırmızı ilə işarələnib) birlikdə işləyir – bu qanadlar birlikdə havanı təkərlərin yan hissəsinə yönəldirlər.

Mercedesin ön qanadı
Mercedes-in ön qanadı

 

Bolidin yeni ön burnu da havanın şassinin alt hissəsinə yönləndirilməsində effektiv rol oynayır.

Mercedes peletonda asılqanların dinamik nəzarəti üzrə lider hesab edilir. Qadağa olunmuş FRİC sistemləri ən effektiv hesab olunurdu. Elə indi də komanda maye konturlu sistemləri maksimum effektiv istifadə edə bilir.

Artıq hər kəs bilir ki, Mercedes komandası sərt əylənmə (2) zamanı bolidin yellənməsinin qarşısını alan hidravlik sistemdən istifadə edir.

Mercedesin hidravlik sistemi
Mercedes-in hidravlik sistemi

 

Gövdənin yuxarı hissəsinə yerləşdirilən bu sistemin analoqu digər komandalarda da var, ancaq onlar yaylı sistemdən istifadə edirlər.

İspaniyada görünməyən detallardan biri də deşifrə olundu. Belə ki, əvvəllər karbon üzlük altında qalan köndələn dayanıqlığın hidravlik stabilizatoru göründü (3, ağ və qırmızı oxlarla işarələnib).

Hər bir hidravlik elementin kiçik çıxıntısı var (qırmızı ilə işarələnib). Həmin bu çıxıntı vasitəsi ilə mühəndislər sistemdən lazımsız mayeni çıxararaq hər bir pilot üçün xüsusi sazlanmalar edə bilirlər.

Mercedesin hidravlik stabilizatoru
Mercedes-in hidravlik stabilizatoru

 

Bəzi oxucularımız, bolidlərin döngələri necə keçmələrini diqqətlə izləyirlər və Mercedes-in porebrikə hücum zamanı əyilməməsinə diqqət yetiriblər. Sanki boliddə bərk asılqanlar quraşdırılmış kimi görünür.

Həmin bu hidravlik element sayəsində Mercedes sürücüləri daha aqressiv trayektoriya seçə bilirlər, həmçinin daha effektiv sürətlənmə və təkərlərin iş rejimini təmin edə bilirlər.

FRİC sisteminin qadağa olunmasına baxmayaraq, hidravlikanın istifadəsi onu göstərir ki, texniki inkişaf baxımından Mercedes rəqibləri qarşısında böyük üstünlüyə malikdir.


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə Giorgio Piola, Matt Somerfield, Afgan Haji
Baxış Sayı 639
Teqlər , , , ,
Paylaş

logo