22 Oktyabr 2018, Bazar ertəsi - 18:37

İspaniya Qran Prisi: Yarış

İspaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:25 - 19 May, 2013

Quru. Günəşli. Havanın temperaturu +20° C, trasın temperaturu +38° C Mövsümün Avropdakı birinci Qran Prisi qüvvələr nisbətindəki dəyişiklikləri qiymətləndirməyə imkan […]

Quru. Günəşli. Havanın temperaturu +20° C, trasın temperaturu +38° C

Mövsümün Avropdakı birinci Qran Prisi qüvvələr nisbətindəki dəyişiklikləri qiymətləndirməyə imkan verib. Dörd səfər yarışında komandalar maşınların zəif yerlərini müəyyən etmişdilər və yeni Pirelli təkərlərinə öyrəşməyə çalışmışdılar. Tezliklə komandaların çoxu bütün resurslarını 2014-cü ilin maşınları üzərində işə yönəldəcəklər və birinci növbədə ciddi təkmilləşdirmə məhz Barselonaya hazırlanmışdı – xüsusən də nəzərə almaq lazımdır ki, bu tras aerodinamikanın yoxlanması üçün ən yaxşı trasdır.

Sıralanma turunun nəticələri gözlənilməz alınıb. Poulu Rosberq qazanıb, ikinci Həmilton olub – Mercedes AMG sürücüləri ilk cərgəni zəbt ediblər. İkinci cərgədə isə Fettel və Rəykkönen yerləşiblər. Alonso və Qrojan start siqnalını 3-cü cərgədən seyr ediblər. Massa və Qutyerres sıralanma turunda rəqiblərini bolka saldıqları üçün 3 yer itirməklə cərimə olunublar.

Pirelli Barselonaya yenilənmiş Hard tərkibini gətirib – yeni təkərlər daha uzun məsafə qət etməklə daha geniş işçi temperatur diapazonuna malikdirlər. Sürətli döngələrdə təkərlərə düşən yüklənmələr çox böyük olduğu üçün uik-endə ən bərk təkər cütlüyü seçilib – Hard və Medium. Təkərlərin yeyilməsi ciddi olub, ona görə də sıralanma turunda Hard tərkibinə qənaət olunub. Startda yalnız Byanki, Çilton və Pikin Hard tərkibi seçdiyi görünüb, digər sürücülər isə Medium-da start almağa üstünlük veriblər.

Startda ciddi insident yaşanmayıb, Rosberq liderliyini saxlayıb, Fettel ikinci yerə, Alonso üçüncü yerə yüksəliblər. Uebber 11-ci, Batton 17-ci yerə düşüblər. Massa iki dövrəyə cərimə üzündən itirdiyi üç yeri kompensə edib, Sutil isə beş yer qazanıb. İkinci dövrənin sonunda ilk onluq: Rosberq – Fettel – Alonso – Həmilton – Rəykkönen – Massa – Peres – Sutil – Qrojan – di Resta.

İspaniya trasında ötmək çox çətindir və vəziyyət tezliklə stabilləşib – sürücülər təkərlərə qənaət etməyə başlayıblar. 7-ci dövrədə Rəykkönen onuncu döngədə Həmiltonu qabaqlayıb, bir dövrə sonra isə Massa da Lyuisi keçib.

8-ci dövrədə Uebber pit-stoplar dalğasına start verib. 9-cu dövrədə Massa, Sutil, Hülkenberq və Maldonado ilk pit-stoplarını reallaşdırıblar. Sutil vaxt itirib və trasa sonuncu yerdə qayıdıb. Qrojanın maşınında arxa sağ asılqan qırıldığı üşün fransalı sürücü yarışı dayandırmalı olub.

10-cu dövrədə Alonso və Həmilton, 11-ci dövrədə Rosberq, Fettel, Rəykkönen və Peres yeni təkər dəsti alıblar. Stüardlar Maldonadonu pit-leyndə sürət həddini aşdığı üçün pit-leyndən keçməklə cərimə ediblər. Alonso ilk pit-stopundan sonra trasa Fettelin, Massa isə Rəykkönenin önündə qayıdıblar. 12-ci dövrədə Batton pitə yönəlib, yarışa isə debütant Qutyerres başçılıq edib.

13-cü dövrədə Alonso, Fettel və Massa Rosberqi keçiblər, Qutyerres ilk pit-stopuna yollandığı üçün Alonso yarışa başçılıq edib. 14-cü dövrədə Rəykkönen də Rosberqi keçib – bazar günü hər iki Mercedes AMG maşını yenə də sürətlərini itiriblər. 15-ci dövrədə ilk onluq: Alonso – Fettel – Massa – Rəykkönen – Rosberq – Uebber – Peres – di Resta – Rikkardo – Həmilton.

Alonso Fetteldən uzaqlaşmağa başlayıb. 19-cu dövrədə Rikkardo di Restanı keçərək 8-ci yerə yüksəlib, 12-ci yer uğrunda mübarizədə Qutyerres Verni üstələyib.

20-ci dövrədə di Resta ikinci pit-stoplar dalğasına start verib: bir dövrə sonra Massa, Uebber, Vern və Maldonado, növbəti dövrədə Alonso mexaniklərinə qonaq olublar. 23-cü dövrədə Hülkenberq pit-stop keçirib, van der Qardenin maşınında təkər açılıb – boksa qayıdan hollandiyalı sürücü mübarizəni dayandırmalı olub. 24-cü dövrədə Massa Rosberqi, Uebber isə Həmilton və Qutyerresi qabaqlayıblar.

24-cü dövrədə Peres, 25-ci dövrədə Fettel və Rikkardo, 26-cı dövrədə Həmilton və Bottas, 27-ci dövrədə Rəykkönen, 28-ci dövrədə Rosberq, 29-cu dövrədə Qutyerres və Batton yeni təkərlərə keçiblər. 30-cu dövrədə ilk onluq: Alonso – Massa – Fettel – Rəykkönen – Uebber – di Resta – Hülkenberq – Peres – Rosberq – Rikkardo.

33-cü dövrədə çoxsaylı hücumlardan sonra Rəykkönen Fetteli keçərək 3-cü yerə yüksəlib, Rikkardo isə 8-ci yer uğrunda mübarizədə Rosberqi üstələyib.

Təkərlərin yeyilməsi bu dəfə də həlledici faktor olub – yarışın ortasında yarımçıq yanacaq çəni ilə sürücülər sıralanma turunda göstərdikləri nəticəyə 10 saniyə uduzublar, hamının diqqəti ön sol təkərlərin yeyilməsində olub.

35-ci dövrədə Hülkenberq və Vern pit-leyndə təmas yaşayıblar, ona görə də növbəti dövrədə Niko sındırdığı burun üçün boksa qayıtmalı olub. Daha sonra isə almaniyalı sürücünü stüardlar pit-leyndən keçməklə cərimə ediblər.

37-ci dövrədə Alonso, Massa, Uebber, Həmilton və Sutil təkərlərini dəyişiblər. Trasa Kiminin arxasında qayıdan Fernando 39-cu dövrədə rəqibini üstələyərək liderliyi özünə qaytarıb. 39-cu dövrədə di Resta və Peres yeni təkər dəstinə keçiblər. Vernin maşınında təzə sağ arxa təkərin üst qatı dağılıb. Cümə günü eyni hal di Restada, Bəhreyndə isə Həmilton və Massada baş vermişdi. Təkər faktoru bu dəfə həlledici yox, dominant faktor olub.

40-cı dövrədə Fettel və Hülkenberq pit-stopa baş çəkiblər, 44-cü dövrədə Qutyerres, 45-ci dövrədə Bottas, 46-cı dövrədə Rəykkönen eyni addımı atıblar – Kimi trasa Sebastyanın öndündə qayıdıb. 48-ci dövrədə Batton, 49-cu dövrədə Rosberq təkərlərini dəyişiblər. 49-cu dövrədə ilk onluq: Alonso – Massa – Rəykkönen – Fettel – Uebber – di Resta – Peres – Rikkardo – Rosberq – Qutyerres.

50-ci dövrədə Alonso sonuncu pit-stopunu keçirərək trasa birinci yerdə qayıdıb. 51-ci dövrədə Uebber, Sutil, Peres və Həmilton, 52-ci dövrədə Massa və Fettel sonuncu dəfə pit-stopa yollanıblar. Uebber di Restanı üstələyərək 5-ci yerə yüksəlib.

54-cü dövrədə Vern mübarizəni dayandırıb. 57-ci dövrədə ilk onluq: Alonso – Rəykkönen (3 pit-stop) – Massa – Fettel – Uebber – Rosberq (3) – di Resta – Batton (3) – Peres – Rikkardo.

Tribunaları doldurmuş azarkeşlərin sevinci və alqışları altında Alonso inamlı qələbə qazanıb – mövsümdə ikinci, karyerasında 32-ci qələbə. Rəykkönen ardıcıl 3-cü yarışında ikincilik qazanıb. Podiumu Felipe Massa tamamlayıb. Çempionatda vəziyyət gərginləşib, Monakoya qədər qalan 2 həftə çox tez keçəcək…

YerPilotKomandaMotorVaxt
01F.AlonsoFerrariFerrari1.39:16.596
02K.RəykkönenLotusRenault+ 0:09.338
03F.MassaFerrariFerrari+ 0:26.049
04S.FettelRed BullRenault+ 0:38.273
05M.UebberRed BullRenault+ 0:47.963
06N.RosberqMercedes AMGMercedes+ 1:08.020
07P.di RestaForce İndiaMercedes+ 1:08.988
08C.BattonMcLarenMercedes+ 1:19.506
09S.PeresMcLarenMercedes+ 1:21.738
10D.RikkardoToro RossoFerrari+ 1 dövrə
11E.QutyerresSauberFerrari+ 1 dövrə
12L.HəmiltonMercedes AMGMercedes+ 1 dövrə
13A.SutilForce İndiaMercedes+ 1 dövrə
14P.MaldonadoWilliamsRenault+ 1 dövrə
15N.HülkenberqSauberFerrari+ 1 dövrə
16V.BottasWilliamsRenault+ 1 dövrə
17Ş.PikCaterhamRenault+ 1 dövrə
18J.ByankiMarussiaCosworth+ 2 dövrə
19M.ÇiltonMarussiaCosworth+ 2 dövrə
J.E.VernToro RossoFerrari
Q.van der QardeCaterhamRenault
R.QrojanLotusRenault

Sürətli dövrə: Esteban Qutyerres (Sauber) – 1:26.217 (56-cı dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault89
02K.RəykkönenLotusRenault85
03F.AlonsoFerrariFerrari72
04L.HəmiltonMercedes AMGMercedes50
05F.MassaFerrariFerrari45
06M.UebberRed BullRenault42
07R.QrojanLotusRenault26
08P.di RestaForce İndiaMercedes26
09N.RosberqMercedes AMGMercedes22
10C.BattonMcLarenMercedes17
11S.PeresMcLarenMercedes12
12D.RikkardoToro RossoFerrari7
13A.SutilForce İndiaMercedes6
14N.HülkenberqSauberFerrari5
15J.E.VernToro RossoFerrari1
16E.QutyerresSauberFerrari0
17V.BottasWilliamsRenault0
18P.MaldonadoWilliamsRenault0
19J.ByankiMarussiaCosworth0
20Ş.PikCaterhamRenault0
21Q.van der QardeCaterhamRenault0
22M.ÇiltonMarussiaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault131
02FerrariFerrari117
03LotusRenault111
04Mercedes AMGMercedes72
05Force İndiaMercedes32
06McLarenMercedes29
07Toro RossoFerrari8
08SauberFerrari5
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0

İspaniya Qran Prisi: Yarış

İspaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:11 - 14 May, 2012

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +34° C İspaniya yarışından əvvəl komandalar maşınları təkmillərşdiriblər, sıralanma turunun nəticələrinə görə […]

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +34° C

İspaniya yarışından əvvəl komandalar maşınları təkmillərşdiriblər, sıralanma turunun nəticələrinə görə qüvvələr nisbəti çox maraqlı alınıb. Sessiyanın qurtarmasından bir neçə saat sonra stüardlar poul qazanmış Lyuis Həmiltonu protokoladan çxıarıblar, ona görə də yarışa birinci yerdən Pastor Maldonado başlamalı idi, Lyuis isə sonuncu yerə göndərilib.

Dünən sürücülər yarış üçün Hard təkərlərini qorumağa çalışırdılar – Barselonada təkərlərin yeyilməsi gözlənildiyindən yüksək olub və Soft tərkibinin effektliyi çox tez azalıb, amma bazar günü hava soyuyub, asfaltın temperaturu hard tərkibinin işçi diapazonunun aşağı sərhədinə düşüb – komandalar çətin məsələnin həllinə girişiblər.

Startda məlum olub ki, bütün sürücülər yarışın ilk hissəsini Soft tərkibi ilə keçirəcəklər. Startda Alonso Maldonadonu qabaqlayaraq tribunaları ayağa qaldırıb. Arxada Rəykkönen Qrojanı keçib, Peres maşınında təkər deşilib və sürücü boksa yollanıb və Hard təkərlərinə keçib. Pik 9-cu döngənin çıxışında yerində fırlansa da, mübarizəni davam edə bilib.

3-cü dövrədə ilk onluq: Alonso – Maldonado – Rəykkönen – Rosberq – Qrojan – Şumaher – Fettel – Batton – Kobayaşi – Vern.

6-cı dövrədə Uebber pit-stoplar dalğasına start verib, bir dövrə sonra Fettel, 9-cu dövrədə Kobayaşi, 10-cu dövrədə Rosberq, Batton və di Resta, 11-cidə Alonso, Qrojan, Şumaher, Vern, Massa, Petrov və Hülkenberq, 12-ci dövrədə Maldonado, Rəykkönen və Rikkardo bokslara baş çəkiblər.

13-cü dövrədə Şumaher və Senna 1-ci döngədə toqquşublar – əylənmə zonasında Mixael arxadan Brunonun maşınına çırpılıb.

15-ci dövrədə dördüncü yerə yüksəlmiş Həmilton birinci pit-stopunu reallaşdırıb, amma mexaniklər bir qədər vaxt itiriblər. Uebber isə 17-ci dövrədə ikinci dəfə təkərlərini dəyişməklə ayanaşı burun elementini də dəyişdirib.

18-ci dövrədə ilk onluq: Alonso – Maldonado – Rəykkönen – Qrojan – Rosberq – Fettel – Batton – Kobayaşi – di Resta – Vern.

19-cu dövrədə Peres, 20-ci dövrədə Hülkenberq, 23-cüdə Rosberq, 25-cidə Maldonado, 26-cıda Batton, 27-cidə Alonso, Qrojan və Kobayaşi, 29-cuda Rəykkönen və Fettel ikinci dəfə mexaniklərinin qonağı olublar.

Boksdan trasa qayıdan Maldonado iki dövrə ərzində süərli nəticələr göstərib, həmin vaxt trasda köhnə təkərlərlə qalan Alonso isə dövrəvu Pikin araxsında qiymətli vaxt itirib və pit-stopdan sonra trasa Pastorun arxasında qayıdıb. Pik mavi bayraqlara məhəl qoymadığı üçün pit-stopdan keçməklə cərimə olunub, amma fransalı sürücü maşının boksa yönəldərək yarışı dayandırıb.

Eyni zamanda stüardlar Fettel və Massanı da cərimə ediblər – hər iki sürücü Mixael-Senna insidentindən sonra dalğalanan sarı bayraqlara məhəl qoymadığı üçün pit-leyndən keçməklə cərimə olunub.

Maldonada Alonso üzərində fərqi 6 saniyəyə çatdırıb, Rəykkönen Alonsoya 20 saniyə uduzub, finlandiyalı sürücü isə öz komanda yoldaşını 20 saniyə qabaqlayıb. Arxada isə sürücülər mövqe uğrunda gərgin mübarizə aparıblar.

35-ci dövrədə ilk onluq: Maldonado – Alonso – Rəykkönen – Qrojan – Həmilton – Rosberq – Kobayaşi – Batton – Fettel – Hülkenberq.

37-ci dövrədə Həmilton ikinci və sonuncu pit-stopunu keçirib.

39-cu dövrədə Peres üçüncü dəfə boksa baş çəkib – əvvəlcə yıxılmış mexanikə görə sürücü ləngiyib, sonra isə meksikalı sürücü maşını trasda saxlamalı olub. 39-cu dövrədə Batton da təkərlərini dəyişdirib, 41-ci dövrədə Rosberq, Uebber və Maldonado sonuncu pit-stoplarını keçiriblər – yarışın lideri sol arxa təkərin bərkidilməsi zamanı vaxt itirib.

42-ci dövrədə Kobayaşi, 43-cü də Fettel, 45-cidə Alonso sonuncu dəfə boksda olublar – Fernando Pastorun arxasında trasa qayıdıb.

Rəykkönen 49-cu, Qrojan isə 52-ci dövrədə sonuncu dəfə yeni Hard təkərlərinə keçiblər.

Alonso Maldonadoya yaxınlaşsa da, DRS-dən yararlansa da, venesuelalı sürücü təcrübəli Fernandonu irəli buraxmayıb. Ferrari DRS hesabına start-finiş düzlüyündə sürətli olsa da, Pastor döngələrdə uzaqlaşa bilib. Arxada isə Kimi hər iki sürücü ilə fərqi sürətlə azaltmağa başlayıb.

59-cu dövrədə Fettel Battonu keçərək 8-ci yerə yüksəlib, 61-ci dövrədə Kobayaşi 5-ci yer uğrunda mübarizədə Rosberqi qabaqlayıb, sonrakı iki dövrədə Fettel Həmilton və Rosberqi də keçərək 6-cı yerə yüksəlib.

Maldonado karyerasında ilk qələbəsini qazanıb – bu, Williams üçün 2004-cü ilin Braziliya Qran Prisindən sonra ilk qələbə, komandanın tarixində isə 114-cü qələbə olub. Frənk Uilyamsın 70 yaşına əla hədiyyədir.

Mövsümün ilk beş yarışında beş müxtəlif komandanın beş sürücüsü qalib gəlib. Fantastik mövsüm! İki həftə sonra mübarizə Monakoda davam edəcək.

YerPilotKomandaMotorVaxt
01P.MaldonadoWilliamsRenault1.39:09.145
02F.AlonsoFerrariFerrari+ 0:03.195
03K.RəykkönenLotusRenault+ 0:03.884
04R.QrojanLotusRenault+ 0:14.799
05K.KobayaşiSauberFerrari+ 1:04.641
06S.FettelRed BullRenault+ 1:07.576
07N.RosberqMercedes AMGMercedes+ 1:17.919
08L.HəmiltonMcLarenMercedes+ 1:18.140
09C.BattonMcLarenMercedes+ 1:25.246
10N.HülkenberqForce İndiaMercedes+ 1 dövrə
11M.UebberRed BullRenault+ 1 dövrə
12J.E.VernToro RossoFerrari+ 1 dövrə
13D.RikkardoToro RossoFerrari+ 1 dövrə
14P.di RestaForce İndiaMercedes+ 1 dövrə
15F.MassaFerrariFerrari+ 1 dövrə
16H.KovalaynenCaterhamRenault+ 1 dövrə
17V.PetrovCaterhamRenault+ 1 dövrə
18T.QlokMarussiaCosworth+ 2 dövrə
19P.de la RosaHRTCosworth+ 3 dövrə
S.PeresSauberFerrari
Ş.PikMarussiaCosworth
N.KartikeyanHRTCosworth
B.SennaWilliamsRenault
M.ŞumaherMercedes AMGMercedes

Sürətli dövrə: Roman Qrojan (Lotus) – 1:26.250 (53-cü dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault61
02F.AlonsoFerrariFerrari61
03L.HəmiltonMcLarenMercedes53
04K.RəykkönenLotusRenault49
05M.UebberRed BullRenault48
06C.BattonMcLarenMercedes45
07N.RosberqMercedes AMGMercedes41
08R.QrojanLotusRenault35
09P.MaldonadoWilliamsRenault29
10S.PeresSauberFerrari22
11K.KobayaşiSauberFerrari19
12P.di RestaForce İndiaMercedes15
13B.SennaWilliamsRenault14
14J.E.VernToro RossoFerrari4
15N.HülkenberqForce İndiaMercedes3
16D.RikkardoToro RossoFerrari2
17F.MassaFerrariFerrari2
18M.ŞumaherMercedes AMGMercedes2
19T.QlokMarussiaCosworth0
20Ş.PikMarussiaCosworth0
21V.PetrovCaterhamRenault0
22H.KovalaynenCaterhamRenault0
23P.de la RosaHRTCosworth0
24N.KartikeyanHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault109
02McLarenMercedes98
03LotusRenault84
04FerrariFerrari63
05Mercedes AMGMercedes43
06WilliamsRenault43
07SauberFerrari41
08Force İndiaMercedes18
09Toro RossoFerrari6
10MarussiaCosworth0
11CaterhamRenault0
12HRTCosworth0

İspaniya Qran Prisi: Yarış

İspaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:23 - 22 May, 2011

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +44° C Barselonaya Pirelli yeni bərk təkərlər gətirib, amma yumşaq təkərlərlə sürət […]

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +44° C

Barselonaya Pirelli yeni bərk təkərlər gətirib, amma yumşaq təkərlərlə sürət fərqi o qədər böyük alınıb ki, sıralanma turunda komandalar yarışa maksimum yumşaq təkər dəsti qənaət etməyi qərara alıblar.

Mark Uebber mövsümdə birinci dəfə poul qazanıb, Sebastyan Fettelin maşınında son cəhdində KERS sistemi imtina edib və çempionatın lideri ikinci olub. Lyuis Həmilton və Fernando Alonso isə ikinci cərgəni tutublar.

Startda Alonso ev trasının tribunalarını ayağa qaldırıb – ispaniyalı sürücü çirkli dördüncü yerdən birinciliyə yüksəlib, Fettel Uebberi qabaqlayıb, Batton onuncu yerə düşüb, Şumaher isə altıncı yerə qalxıb. Kobayaşinin arxa sol təkəri deşildiyi üçün birinci dövrənin sonunda boksa baş çəkib.

Alonso, Fettel, Uebber və Həmilton dördlüyü peletondan uzaqlaşmağa başlayıb, amma öz aralarında interval çox kiçik olub. Batton Buemini üstələyərək doqquzuncu yerə yüksəlib, digər mövqelərdə isə vəziyyət stabilləşib. DRS sistemi əvvəlki Qran Prilərdə olduğu kimi effektiv olmayıb – Barselonada ötmək həqiqətən çox çətin olub.

Liderlərdən Fettel birinci olaraq pit-stop keçirib – 10-cu dövrədə yeni yumşaq təkərlərlə trasa qayıdıb. 11-ci dövrədə Alonso, Uebber və Şumaher, 12-ci dövrədə Həmilton, Petrov, Rosberq və Massa yeni təkər dəsti alıblar. Fettel trasa qayıtdıqdan sonra trafikə düşüb və vaxt itirib, ona görə də Alonsonu qabaqlaya bilməyib. Batton ilk pit-stopunu 14-cü dövrədə reallaşdırıb və trasa beşinci qayıdıb, Həmilton isə Uebberi qabaqlayıb.

Fettel 19-cu dövrədə ikinci dəfə pit-stopa gedib, Alonso və Uebber isə 20-ci dövrədə mexanikllərinin qonağı olublar. Alonso trasa Fettelin arxasında qayıdıb. Həmilton ikinci pit-stopunu 24-cü dövrədə reallaşdırıb və o da Alonsonun önündə trasa qayıdıb.

30-cu dövrədə Alonso və Uebber üçüncü pit-stoplarını keçirərək bərk təkərlərlə trasa qayıdıblar, bir dövrə sonra Batton ikinci pit-stopunu keçirib və yumşaq təkərlərlə trasa qayıdıb. 35-ci dövrədə Fettel, 36-cı dövrədə isə Həmilton növbəti yumşaq təkərlərini alıblar. Batton yumşaq təkərlərin sürət üstünlüyündən istifadə edərək tezliklə Alonso və Uebberi keçib. Fettel yarışda liderlik etsə də, Həmilton aradakı fərqi minimuma endirib.

40-cı dövrədə Alonso dördüncü, onun ardınca Petrov, Şumaher və Rosberq üçüncü pit-stoplarını keçiriblər. 49-cu dövrədə Fettel və Uebber dördüncü, Batton isə üçüncü dəfə boksa baş çəkiblər. Bir dövrə sonra Həmilton yeni təkərlərlə Fettelin arxasında trasa qayıdıb.

51-ci dövrədə Kovalaynen dördüncü döngədə qəzaya uğrayıb.

55-ci dövrədə Lyuis Sebastyanla fərqi minimuma endirib və hücumlara başlayıb. 59-cu dövrədə Peres və Haydfeld Massanı qabaqlayıblar, bir dövrə sonra Felipe ötürmələr qutusundakı problemlər üzündən yarışı yarımçıq dayandırıb, Haydfeld isə Peresi də keçərək səkkizinci yerə yüksəlib.

Liderlər sonuncu döngəyə qədər mübarizə aparsalar da, mövqelər dəyişməyib, finişdə sürücüləri cəmi 0.6 saniyə ayırıb. Üç pit-stoplu strategiya seçmiş Batton isə podiumun aşağı pilləsini qazanıb. Pouldan start alan Uebber bu dəfə dördüncü olub. Beşinci yeri tutmuş Fernando Alonso liderdən bir dövrə geri qalıb.

Beləlikə, mövsümün beşinci yarışında Sebastyan Fettel dördüncü qələbəsini qazanıb, almaniyalı sürücü karyerasında qələbələrinin sayını 14-ə çatdırıb. Bu qələbədən sonra şəxsi hesabda onun Həmilton üzərində üstünlüyü 41 xala (118 və 77), Mühəndislər Kubokunda isə Red Bull-un McLaren üzərində üstünlüyü 47 xala (187 və 138) çatıb.

Növbəti yarış gələn həftə Monakoda baş tutacaq…

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.39:03.301
02L.HəmiltonMcLarenMercede+ 0:00.630
03C.BattonMcLarenMercedes+ 0:35.697
04M.UebberRed BullRenault+ 0:47.966
05F.AlonsoFerrariFerrari+ 1 dövrə
06M.ŞumaherMercedes GPMercedes+ 1 dövrə
07N.RosberqMercedes GPMercedes+ 1 dövrə
08N.HaydfeldLotus Renault GPRenault+ 1 dövrə
09S.PeresSauberFerrari+ 1 dövrə
10K.KobayaşiSauberFerrari+ 1 dövrə
11V.PetrovLotus Renault GPRenault+ 1 dövrə
12P.di RestaForce İndiaMercedes+ 1 dövrə
13A.SutilForce İndiaMercedes+ 1 dövrə
14S.BuemiToro RossoFerrari+ 1 dövrə
15P.MaldonadoWilliamsCoswort+ 1 dövrə
16X.AlgersuariToro RossoFerrari+ 2 dövrə
17R.BarrikelloWilliamsCosworth+ 2 dövrə
18Y.TrulliTeam LotusRenault+ 2 dövrə
19T.QlokMarussia VirginCosworth+ 3 dövrə
20J.D’AmbrozioMarussia VirginCosworth+ 3 dövrə
21N.KartikeyanHispaniaCosworth+ 4 dövrə
F.MassaFerrariFerrari
H.KovalaynenTeam LotusRenault
V.LiutsiHispaniaCosworth

Sürətli dövrə: Lyuis Həmilton (McLaren) – 1:26.727 (52-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault118
02L.HəmiltonMcLarenMercede77
03M.UebberRed BullRenault67
04C.BattonMcLarenMercedes61
05F.AlonsoFerrariFerrari51
06N.RosberqMercedes GPMercedes26
07N.HaydfeldLotus Renault GPRenault25
08F.MassaFerrariFerrari24
09V.PetrovLotus Renault GPRenault21
10K.KobayaşiSauberFerrari9
11M.ŞumaherMercedes GPMercedes14
12S.BuemiToro RossoFerrari6
13A.SutilForce İndiaMercedes2
14S.PeresSauberFerrari2
15P.di RestaForce İndiaMercedes2
16X.AlgersuariToro RossoFerrari0
17R.BarrikelloWilliamsCosworth0
18Y.TrulliTeam LotusRenault0
19J.D’AmbrozioMarussia VirginCosworth0
20H.KovalaynenTeam LotusRenault0
21P.MaldonadoWilliamsCoswort0
22T.QlokMarussia VirginCosworth0
23N.KartikeyanHispaniaCosworth0
24V.LiutsiHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault185
02McLarenMercedes138
03FerrariFerrari75
04Lotus Renault GPRenault46
05Mercedes GPMercedes40
06SauberFerrari11
07Toro RossoFerrari6
08Force İndiaMercedes4
09WilliamsCosworth0
10Team LotusRenault0
11Marussia VirginRenault0
12HispaniaCosworth0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 359
Teqlər , , , , ,
Paylaş

logo