İspaniya Qran Prisi: Tras

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında “Kataloniya Kuboku” […]

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında “Kataloniya Kuboku” keçirilmişdi. İlk daimi avtodrom isə 1923-cü ildə salınıb və tamaşaçılar həmin ilin oktyabrında Luis Sborovski və Alfredo Divosun gərgin mübarizəsinin şahidi olublar. Amma maliyyə çatışmazlığı üzündən avtodrom bağlandığından yarışlar San Sebastyana keçirildi.

isp-02

Tarix: 10-12 may 2013-cü il
Tras: Katalunya Montmelo
Dövrənin uzunluğu: 4655 m
Dövrələrin sayı: 66
Ümumi məsafə: 307.104 km

Formula1-də ilk İspaniya yarışını 6 km uzunluğu olan Pedralbes avtodromu qəbul edib. Bu çempionatın son yarışı idi, Xuan-Manuel Fanxio Alfa Romeo-da və Alberto Askari Ferrari-də titul uğrunda mübarizə aparırdılar. Ferrari düzgün təkər seçmədiyindən titulu yarışla birlikdə Fanxio qazandı. Üç il sonra Pedralbes milli yarışı qəbul edirdi, amma Lə Mandakı ciddi qəzadan sonra trasların təhlükəsizliyinə yenidən baxıldı və avtodrom çempionatdan xaric edildi.

Yalnız 1966-cı ildə kataloniyalılar köhnə Monjuik avtodromunu bərpa edərək onu Madrid yaxınlığındakı Xarama avtodromuna qarşı qoydular. 1968-ci ildə yarış Xaramada keçirildi və onu Qrəhəm Hill qazandı, bir il sonra isə mərhələ Monjuikdə keçirildi, on dörd maşından finişə yalnız beşi çata bildi və birinci Ceki Stüart oldu.

Bir neçə il traslar növbələşirdi, 1975-ci ildə isə qalmaqal oldu – cümə günü sürücülər Monjuik trasında təhlükəsizlik baryerlərinin düzgün qurulmamasından şikayətlənərək trasa çıxmadılar. Həmin səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 79 dövrə əvəzinə 30-cü dövrədə Rolf Ştommelenin qəzası və 5 tamaşaçının ölümündən sonra dayandırıldı. Formula1 Monjuiki həmişəlik tərk etdi.

isp3
1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq üçün tras tikintisi üzrə komissiya yaratdı. On dörd aydan sonra şəhərin şimalında torpaq sahəsi ayrıldı, 1989-cu ilin 24 fevralında isə Circuit de Catalunya trasının ilk fundamenti qoyuldu, trasın sponsorları isə Kral Avtomobil Klubu, Kataloniya hökuməti və Montmelo bələdiyyəsi oldular.

1991-ci ilin 29 sentyabrında 16 illik fasilədən sonra Formula1 Kataloniyaya qayıtdı və ilk yarışı Naycel Mənsell qazandı. Kompleks ən qabaqcıl texnologiyalarla tikilmişdi və dərhal çempionata qatıldı. Bundan başqa trasın uğurlu yerləşməsi komandalar üçün qış testlərini məhz bu trasda keçirmək imkanı verdi.

Barselonada asfalt çox coddur, ona görə də Pirelli-inin mühəndisləri bərk tərkibi təkmilləşdirərək xüsusi versiya hazırlayıblar – İspaniyada yeni Hard tərkibi debüt edəcək, Medium isə artıq komandalara yaxşı tanışdır.

Mühəndislər və sürücülər testlərdə bu trasda çox işləyiblər və trası yaxşı tanıyırlar, sazlanmalarla problemlər gözlənilmir, amma komandalar bu yarışa ciddi yenilənmiş maşınlarla gələcəklər.

Trasda keçirilən 21 yarışdan yalnız 5-də qələbəni pouldan start almayan sürücü əldə edib, ona görə də bu trasda sıralanma turu böyük əhəmiyyət kəsb edir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

İspaniya Qran Prisi: Tras

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında “Kataloniya Kuboku” […]

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında “Kataloniya Kuboku” keçirilmişdi. İlk daimi avtodrom isə 1923-cü ildə salınıb və tamaşaçılar həmin ilin oktyabrında Luis Sborovski və Alfredo Divosun gərgin mübarizəsinin şahidi olublar. Amma maliyyə çatışmazlığı üzündən avtodrom bağlandığından yarışlar San Sebastyana keçirildi.

isp2

Tarix: 11-13 may 2012-ci il
Tras: Katalunya Montmelo
Dövrənin uzunluğu: 4655 m
Dövrələrin sayı: 66
Ümumi məsafə: 307.104 km

Formula1-də ilk İspaniya yarışını 6 km uzunluğu olan Pedralbes avtodromu qəbul edib. Bu çempionatın son yarışı idi, Xuan-Manuel Fanxio Alfa Romeo-da və Alberto Askari Ferrari-də titul uğrunda mübarizə aparırdılar. Ferrari düzgün təkər seçmədiyindən titulu yarışla birlikdə Fanxio qazandı. Üç il sonra Pedralbes milli yarışı qəbul edirdi, amma Lə Mandakı ciddi qəzadan sonra trasların təhlükəsizliyinə yenidən baxıldı və avtodrom çempionatdan xaric edildi.

Yalnız 1966-cı ildə kataloniyalılar köhnə Monjuik avtodromunu bərpa edərək onu Madrid yaxınlığındakı Xarama avtodromuna qarşı qoydular. 1968-ci ildə yarış Xaramada keçirildi və onu Qrəhəm Hill qazandı, bir il sonra isə mərhələ Monjuikdə keçirildi, on dörd maşından finişə yalnız beşi çata bildi və birinci Ceki Stüart oldu.

Bir neçə il traslar növbələşirdi, 1975-ci ildə isə qalmaqal oldu – cümə günü sürücülər Monjuik trasında təhlükəsizlik baryerlərinin düzgün qurulmamasından şikayətlənərək trasa çıxmadılar. Həmin səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 79 dövrə əvəzinə 30-cü dövrədə Rolf Ştommelenin qəzası və 5 tamaşaçının ölümündən sonra dayandırıldı. Formula1 Monjuiki həmişəlik tərk etdi.

isp3
1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq üçün tras tikintisi üzrə komissiya yaratdı. On dörd aydan sonra şəhərin şimalında torpaq sahəsi ayrıldı, 1989-cu ilin 24 fevralında isə Circuit de Catalunya trasının ilk fundamenti qoyuldu, trasın sponsorları isə Kral Avtomobil Klubu, Kataloniya hökuməti və Montmelo bələdiyyəsi oldular.

1991-ci ilin 29 sentyabrında 16 illik fasilədən sonra Formula1 Kataloniyaya qayıtdı və ilk yarışı Naycel Mənsell qazandı. Kompleks ən qabaqcıl texnologiyalarla tikilmişdi və dərhal çempionata qatıldı. Bundan başqa trasın uğurlu yerləşməsi komandalar üçün qış testlərini məhz bu trasda keçirmək imkanı verdi.

Barselonada asfalt çox coddur, ona görə də Pirelli-inin mühəndisləri bərk tərkibi təkmilləşdirərək xüsusi versiya hazırlayıblar – İspaniyada yeni Hard tərkibi debüt edəcək, Soft isə artıq komandalara yaxşı tanışdır.

Mühəndislər və sürücülər testlərdə bu trasda çox işləyiblər və trası yaxşı tanıyırlar, sazlanmalarla problemlər gözlənilmir, amma komandalar bu yarışa ciddi yenilənmiş maşınlarla gələcəklər.

Trasda keçirilən 20 yarışdan yalnız 5-də qələbəni pouldan start almayan sürücü əldə edib, ona görə də bu trasda sıralanma turu böyük əhəmiyyət kəsb edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

İspaniya Qran Prisi: Tras

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında “Kataloniya Kuboku” […]

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında “Kataloniya Kuboku” keçirilmişdi. İlk daimi avtodrom isə 1923-cü ildə salınıb və tamaşaçılar həmin ilin oktyabrında Luis Sborovski və Alfredo Divosun gərgin mübarizəsinin şahidi olublar. Amma maliyyə çatışmazlığı üzündən avtodrom bağlandığından yarışlar San Sebastyana keçirildi.

isp2

Tarix: 20-22 may 2011-ci il
Tras: Katalunya Montmelo
Dövrənin uzunluğu: 4655 m
Dövrələrin sayı: 66
Ümumi məsafə: 307.104 km

Formula1-də ilk İspaniya yarışını 6 km uzunluğu olan Pedralbes avtodromu qəbul edib. Bu çempionatın son yarışı idi, Xuan-Manuel Fanxio Alfa Romeo-da və Alberto Askari Ferrari-də titul uğrunda mübarizə aparırdılar. Ferrari düzgün təkər seçmədiyindən titulu yarışla birlikdə Fanxio qazandı. Üç il sonra Pedralbes milli yarışı qəbul edirdi, amma Lə Mandakı ciddi qəzadan sonra trasların təhlükəsizliyinə yenidən baxıldı və avtodrom çempionatdan xaric edildi.

Yalnız 1966-cı ildə kataloniyalılar köhnə Monjuik avtodromunu bərpa edərək onu Madrid yaxınlığındakı Xarama avtodromuna qarşı qoydular. 1968-ci ildə yarış Xaramada keçirildi və onu Qrəhəm Hill qazandı, bir il sonra isə mərhələ Monjuikdə keçirildi, on dörd maşından finişə yalnız beşi çata bildi və birinci Ceki Stüart oldu.

Bir neçə il traslar növbələşirdi, 1975-ci ildə isə qalmaqal oldu – cümə günü sürücülər Monjuik trasında təhlükəsizlik baryerlərinin düzgün qurulmamasından şikayətlənərək trasa çıxmadılar. Həmin səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 79 dövrə əvəzinə 30-cü dövrədə Rolf Ştommelenin qəzası və 5 tamaşaçının ölümündən sonra dayandırıldı. Formula1 Monjuiki həmişəlik tərk etdi.

isp3
1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq üçün tras tikintisi üzrə komissiya yaratdı. On dörd aydan sonra şəhərin şimalında torpaq sahəsi ayrıldı, 1989-cu ilin 24 fevralında isə Circuit de Catalunya trasının ilk fundamenti qoyuldu, trasın sponsorları isə Kral Avtomobil Klubu, Kataloniya hökuməti və Montmelo bələdiyyəsi oldular.

1991-ci ilin 29 sentyabrında 16 illik fasilədən sonra Formula1 Kataloniyaya qayıtdı və ilk yarışı Naycel Mənsell qazandı. Kompleks ən qabaqcıl texnologiyalarla tikilmişdi və dərhal çempionata qatıldı. Bundan başqa trasın uğurlu yerləşməsi komandalar üçün qış testlərini məhz bu trasda keçirmək imkanı verdi.

Barselonada asfalt çox coddur, ona görə də Pirelli-inin mühəndisləri bərk tərkibi təkmilləşdirərək xüsusi versiya hazırlayıblar – İspaniyada yeni Hard tərkibi debüt edəcək, Soft isə artıq komandalara yaxşı tanışdır.

Mühəndislər və sürücülər testlərdə bu trasda çox işləyiblər və trası yaxşı tanıyırlar, sazlanmalarla problemlər gözlənilmir, amma komandalar bu yarışa ciddi yenilənmiş maşınlarla gələcəklər.

Trasda keçirilən 19 yarışdan yalnız 4-də qələbəni pouldan start almayan sürücü əldə edib, ona görə də bu trasda sıralanma turu böyük əhəmiyyət kəsb edir…