İspaniya-2018: Mətbuat konfranslarının cədvəli

İspaniya Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı konfrans otağına dörd sürücü dəvət olunub: Fernando Alonso (McLaren), Brendon Hartli (Toro Rosso), Serxio Peres (Force İndia) və Karlos Sayns (Renault).

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı motor istehsalçıları jurnalistlərin suallarını cavablandıracaqlar: Siril Abitebul (Renault), Mattia Binotto (Ferrari), Əndi Kauell (Mercedes) və Toyoharu Tanabe (Honda).

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*