İspaniya-2018: Həftəsonuna ilkin hava proqnozu

İspaniya Qran Prisi üçün ilkin proqnozlar günəşli hava vəd edir, lakin həftəsonu ərzində yağıntı olacağı istisna edilmir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü Barselonada hava bir qədər buludlu, temperatur +21 dərəcə olacaq. Şənbə günü bir qədər sərin keçəcək – termometrlər maksimum +19 dərəcəni göstərəcəklər. Leysan gözlənilir. Bazar günü hava günəşli və yağmursuz olacaq, hərarət +18 dərəcəyə çatacaq.

Xatırladaq ki, keçən il burada Bakıda bütün sessiyalar quru havada baş tutmuşdu.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*