24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:37

İspaniya-2017: Üçüncü stüard – Tom Kristensen

İspaniya-2017: Üçüncü stüard – Tom Kristensen

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:01 - 11 May, 2017

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Barselonada stüardlara kömək etmək üçün FİA danimarkalı sürücü, “Mister Le Man” ləqəbli Tom Kristenseni dəvət edib.

Tom əfsanəvi “Le Manın 24 saatı” marafonunun ən uğurlu sürücülərindən sayılır, çünki Porsche, Audi və Bentley-nin sükanları arxasında bu yarışın 9 dəfə qalibi olub ki, bunlardan 7 qələbəni ardıcıl qazanıb.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kristensenlə birlikdə həftəsonunun mübahisəli insidentlərini FİA-nın prezidentinin köməkçisi  Qərri Konnelli və FİA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şetti araşdıracaqlar


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 581
Teqlər , , , , ,
Paylaş

logo