15 Dekabr 2017, Cümə - 23:40

İspaniya-2017: Üçüncü sərbəst yürüşlər

İspaniya-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:12 - 13 May, 2017

Mercedes AMG komandası şənbə gününə keçən gecə kommendat saatı qaydasını pozub – komanda Valtteri Bottasın maşınının yeni güc qurğusunda dünən meydana çıxmış problemləri həll edə bilməmişdi.

F-1.az xəbər verir ki, həmin güc qurğusu başqa bir yeni güc qurğusu ilə əvəzlənib. Lakin bu dəfə də soyutma sistemində problem olub və finlandiyalının maşınına ilk dörd yarışdakı motor qoyulub. Valtteri bugünkü məşqlərin yalnız son 8 dəqiqəsində boksu tərk edə bilib.

Qalan sürücülər sessiyanın əvvəlindən işləməyə başlayıblar. Cümə günü komandalar keçənilki ilə müqayisədə daha sərt təkərlərin asfaltla ilişməsinin az olmasından şikayətlənirdilər. Bu gün isə onlar düzgün sazlanmaların tapılması üzərində işləyiblər. Sürücülər trasa əvvəlcə Hard və Medium təkərlərlə çıxıblar, lakin sonra sıralanma turuna hazırlıq məqsədi ilə Soft təkərlərə keçiblər, çünki Barselonada yarışa pouldan başlamaq olduqca vacibdir.

Sessiya sakit keçib. Ferrari telemetriyada Sebastyan Fettelin maşınında problem olduğunu görüb və alman sürücü pit yolununun çıxışında dayanıb və maşını boksa qaytarmalı olub.

Kimi Rəykkönen protokollara başçılıq edib – 1:20.214. Bizi çox maraqlı sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
17Kimi RəykkönenFerrari1:20.21420
25Sebastyan FettelFerrari1:20.456+ 0:00.2427
344Lyuis HəmiltonMercedes AMG1:20.595+ 0:00.38112
477Valtteri BottasMercedes AMG1:20.868+ 0:00.6547
533Maks FerstappenRed Bull1:21.025+ 0:00.81114
63Daniel RikkardoRed Bull1:21.249+ 0:01.03515
727Niko HülkenberqRenault1:21.670+ 0:01.45613
819Felipe MassaWilliams1:21.746+ 0:01.53219
955Karlos SaynsToro Rosso1:21.835+ 0:01.62119
1014Fernando AlonsoMcLaren1:22.093+ 0:01.87916
118Roman QrojanHaas1:22.128+ 0:01.91421
1220Kevin MaqnussenHaas1:22.214+ 0:02.00012
1311Serxio PeresForce İndia1:22.237+ 0:02.02319
1431Esteban OkonForce İndia1:22.297+ 0:02.08322
1526Daniil KvyatToro Rosso1:22.391+ 0:02.17715
169Markus ErikssonSauber1:22.513+ 0:02.29920
1718Ləns StrollWilliams1:22.574+ 0:02.36019
1830Colion PalmerRenault1:22.755+ 0:02.54113
192Stoffel VandornMcLaren1:22.853+ 0:02.63915
2094Paskal VerlyaynSauber1:22.974+ 0:02.76019

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 217
Teqlər , , , , , ,
Paylaş

logo