İspaniya-2017: Mətbuat konfranslarının cədvəli

İspaniya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Fernando Alonso (McLaren), Karlos Sayns (Toro Rosso) və Sebastyan Fettel (Ferrari) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Markus Eriksson (Sauber), Lyuis Həmilton (Mercedes AMG) və Maks Ferstappen (Red Bull)  mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Siril Abitebul (Renault), Robert Förnli (Force İndia) və Toto Volff (Mercedes Motorsport), sonra isə Mauritsio Arrivabene (Ferrari), Kristian Horner (Red Bull) və Monişa Kaltenborn (Sauber) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*