24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:33

İspaniya-2016: Yarış

İspaniya-2016: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 15 May, 2016

Rosberqin hər birində qələbə qazandığı dörd səfər yarışlarından sonra mövsümün Avropa hissəsi Barselonada cümə günü start götürüb. Komandalar mərhələyə çoxlu yeniliklərlə gəliblər, bir çox yeniliklər isə iki gün sonra keçiriləcək testlərdə yoxlanacaq. Dünən baş tutan sıralanma turu isə əvvəlki dörd yarışdan fərqli ssenari üzrə keçib.

F-1.az xəbər verir ki, həftəsonunun ən çox müzakirə olunan mövzusu Red Bull rəhbərliyinin reallaşdırdığı rokirovka olub – Soçi yarışından sonra Maks Ferstappen ana komandaya, Daniil Kvyat isə törəmə komandaya keçirilmişdilər.

Start düzlüyündə ilk cərgəni Mercedes AMG sürücüləri tutublar – Lyuis Həmilton mövsümdə 3-cü poulunu qazanıb. İkinci cərgəni gözlənilmədən Red Bull komandası zəbt edib – Rikkardo həlledici cəhdində Ferstappeni üstələyib. Ferrari komandası isə sürətli dövrədə təkərləri ram edə bilmədiyi üçün 3-cü cərgə ilə qane olub – Rəykkönen mövsümdə ikinci dəfə Fetteldən sürətli olub.

Pirelli mövsümdə ilk dəfə Qran Priyə bərk üçlüyünü – Hard, Medium və Soft tərkiblərini gətirib. Sıralanma turunda komandalar Soft-a üstünlük versələr də, yarışda onunla bərabər Medium-a uzun məsafələrdə ümid bəslənirdi. Startda yalnız Haryanto maşınına ağ (Medium) təkərləri taxıb, qalan sürücülərin maşınında sarı (Soft) təkərlər olub.

Startda Rosberq Həmiltonu keçərək birinci döngədə liderliyi ələ alıb, Sayns hər iki Ferrari sürücüsünü qabaqlayıb, Fettel isə komanda yoldaşını üstələyib. Növbəti döngələrdə Lyuis liderliyini geri qaytarmağa çalışıb, Niko onu otluğa sıxışdırıb və Mercedes sürücülər toqquşaraq mübarizədən kənar qalıblar. Təhlükəsizlik Maşını (SC) trasa çıxıb. SC-nin arxasında ilk onluq: Rikkardo – Ferstappen – Sayns – Fettel – Rəykkönen – Bottas – Peres – Batton – Alonso – Qrojan.

4-cü dövrədə restart elan olunub, heç bir ötmə qeydə alınmayıb. Mühəndislər Kvyatdan xahiş ediblər ki, SC-nin arxasında etdiyi ötməyə görə, sürücü Hülkenberq və Maqnusseni irəli buraxsın.

Rikkardo özünü DRS məsafəsindən sığortalaya bilib. 8-ci dövrədə Fettel Saynsı keçərək 3-cü yerə yüksəlib. 9-cu dövrədə isə Massa pit-stoplar dalğasına start verib – bir dövrə sonra Peres, Kvyat və Eriksson da boksa tələsiblər. Rəykkönen isə Saynsı keçərək 4-cülüyə yüksəlib.

11-ci dövrədə Sayns, Batton, Hülkenberq və Maqnussen, 12-ci dövrədə Rikkardo, Alonso, Palmer və Verlyayn ilk pit-stoplarını gerçəkləşdiriblər. Ferstappen karyerasında ilk dəfə yarışa başçılıq edib və tarixə ən gənc yarış lideri kimi düşüb. 13-cü dövrədə Ferstappen, Rəykkönen, Bottas və Nasr, 16-cı dövrədə Fettel və Qrojan yeni təkər dəstinə keçiblər. 18-ci dövrənin sonunda ilk onluq: Rikkardo – Ferstappen – Fettel – Rəykkönen – Bottas – Sayns – Peres – Batton – Alonso – Massa.

Pit-stopundan sonra Fettel sürətini artırıb və Maksla fərqi minimuma endirib. Hollandiyalı gənc sürücü isə Rikkardo ilə fərqi azaltmağa çalışıb. İlk dördlük sıx qrupda eyni tempdə yarışı davam etdiriblər, onların heç biri aşkar üstünlüyə malik olmayıb.

22-ci dövrədə Hülkenberqin maşını alovlanıb. 26-cı dövrədə Massa və Kvyat ikinci pit-stop dalğasına start veriblər. 29-cu dövrədə Rikkardo, 30-cu dövrədə Fettel və Qrojan ikinci dəfə boksa baş çəkiblər.

Yarışa başçılıq edən Maks və Kimi boksa tələsməyiblər və yalnız 35-ci dövrədə Ferstappen, bir dövrə sonra isə Rəykkönen boksa yollanıblar. Komanda yoldaşından iki dövrə sonra Fettel 3-cü dəfə mexaniklərinə qonaq olub – Soft tərkibi ilə qısa müddət trasda qalan almaniyalı sürücü Medium-la trasa qayıdıb.

38-ci dövrədə Sayns da ikinci dəfə pit-stop reallaşdırıb. 40-cı dövrədə Bottas və Alonso sonuncu dəfə yeni təkərlərə keçiblər. 40 dövrənin sonunda ilk onluq: Rikkardo – Ferstappen – Rəykkönen – Fettel – Bottas – Sayns – Peres – Qutyerres – Kvyat.

44-cü dövrədə yarışın lideri boksa yollanıb – Rikkardo Fettelin arxasında trasa qayıdıb.

47-ci dövrədə Fernando Alonso təhlükəsizlik zonasında dayanıb – güc qurğusu gözlənilmədən gücünü itirib.

Rəykkönen Ferstappenlə məsafəni azaldaraq DRS-dən istifadə etsə də, finlandiyalı sürücüyə hücum etmək şansı qismət olmayıb.

Rikkardo da Fettellə fərqi minimuma endirib, hətta bir neçə dəfə hücuma cəhd də edib, lakin sürət fərqi kifayət qədər olmadığı üçün Barselona trasında ötmək alınmayıb. Sürücülər isə səhvə yol verməyiblər.

58-ci dövrədə Qrojan boksda dayanıb. 60-cı dövrənin sonunda ilk onluq: Ferstappen – Rəykkönen – Fettel – Rikkardo – Bottas – Sayns – Peres – Massa – Qutyerres – Batton.

62-ci dövrədə Batton, bir dövrə sonra isə Kvyat Qutyerresi keçərək, meksikalı sürücünü ilk onluqdan çıxarıblar.

65-ci dövrədə Rikkardonun maşınında sol arxa təkər partlayıb – Bottas üzərində üstünlük kifayət edib ki, avstraliyalı sürücü yeni təkərlərlə finlandiyalı sürücünün önündə trasa qayıdıb.

Maks Ferstappen karyerasında ilk qələbəsini qazanmaqla Formula1 tarixində qələbə qazanmış ən gənc sürücü olub. Kimi Rəykkönen və Sebastyan Fettel podiumu tamamlayıblar.

İki həftədən sonra mübarizə Monakoda davam edəcək…

YerNSürücüKomandaZamanPit
133Maks FerstappenRed Bull1:41:40.0172
27Kimi RəykkönenFerrari+ 0:00.6162
35Sebastyan FettelFerrari+ 0:05.5813
43Daniel RikkardoRed Bull+ 0:43.9504
577Valtteri BottasWilliams+ 0:45.2712
655Karlos SaynsToro Rosso+ 1:01.3952
711Serxio PeresForce İndia+ 1:19.5382
819Felipe MassaWilliams+ 1:20.7073
922Censon BattonMcLaren+ 1 dövrə2
1026Daniil KvyatToro Rosso+ 1 dövrə3
1121Esteban QutyerresHaas+ 1 dövrə2
129Markus ErikssonSauber+ 1 dövrə3
1330Colion PalmerRenault+ 1 dövrə2
1412Felipe NasrSauber+ 1 dövrə2
1520Kevin Maqnussen (*)Renault+ 1 dövrə3
1694Paskal VerlyaynManor+ 1 dövrə2
1788Rio HaryantoManor+ 1 dövrə2

* Kevin Maqnussenin yekun nəticəsinə 10 saniyə əlavə olunub.

Sürətli dövrə: Daniil Kvyat (Toro Rosso) – 1:26.948 (54-cü dövrə, 192.735 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Roman QrojanHaas57əyləc sistemi
Fernando AlonsoMcLaren47güc qurğusu
Niko HülkenberqForce İndia22yağ sızıntısı
Niko RosberqMercedes AMG1qəza
Lyuis HəmiltonMercedes AMG1qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
16Niko RosberqMercedes AMG F1 Team100
27Kimi RəykkönenScuderia Ferrari61
344Lyuis HəmiltonMercedes AMG F1 Team57
45Sebastyan FettelScuderia Ferrari48
53Daniel RikkardoRed Bull Racing48
633Maks FerstappenRed Bull Racing38
719Felipe MassaWilliams Martini Racing36
877Valtteri BottasWilliams Martini Racing29
926Daniil KvyatScuderia Toro Rosso22
108Roman QrojanHaas F1 Team22
1155Karlos SaynsScuderia Toro Rosso12
1214Fernando AlonsoMcLaren Honda Formula 1 Team8
1311Serxio PeresSahara Force İndia F1 Team8
1420Kevin MaqnussenRenault Sport Formula 1 Team6
1527Niko HülkenberqSahara Force İndia F1 Team6
1622Censon BattonMcLaren Honda Formula 1 Team3
1747Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes157
2Scuderia FerrariFerrari109
3Red Bull RacingTAG Heuer94
4Williams Martini RacingMercedes65
5Scuderia Toro RossoFerrari26
6Haas F1 TeamFerrari22
7Sahara Force İndia F1 TeamMercedes14
8McLaren Honda Formula 1 TeamHonda12
9Renault Sport Formula 1 TeamRenault6

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 421
Teqlər , , , , , ,
Paylaş

logo