23 Oktyabr 2017, Bazar ertəsi - 09:58

İspaniya-2016: Bukmeyker cədvəlləri

İspaniya-2016: Bukmeyker cədvəlləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:24 - 09 May, 2016

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, nəhayət, bukmeykerlər Mercedes AMG komandasının almaniyalı sürücüsü Niko Rosberqin mövsümdə ardıcıl dördüncü qələbəsini cədvəllərində nəzərə alıblar – onların fikrincə, İspaniya Qran Prisində qələbəyə əsas namizəd məhz Nikodur. Uzunmüddətli liderlikdən sonra Lyuis komanda yoldaşına uduzub.

Ferrari sürücüləri növbəti yerləri tutsalar da, Mak Ferstappenin yüksək 5-ci yeri hamının diqqətini cəlb edib – gənc sürücü həm komanda yoldaşını, həm də Williams-ın sürücülərini üstələyib…

İspaniya Qran Prisində qələbə (sürücülər)
Niko Rosberq2.10
Lyuis Həmilton2.25
Sebastyan Fettel6.50
Kimi Rəykkönen17.00
Maks Ferstappen34.00
Valtteri Bottas41.00
Felipe Massa67.00
Daniel Rikkardo81.00
Daniil Kvyat, Niko Hülkenberq, Fernando Alonso201.00
Karlos Sayns251.00
Censon Batton301.00
Serxio Peres, Roman Qrojan501.00
Felipe Nasr, Markus Eriksson, Kevin Maqnussen, Colion Palmer, Esteban Qutyerres, Paskal Verlyayn, Rio Haryanto1001.00

 

Titula namizədlər arasında isə Rosberq artıq keçən yarışdan liderlik edir və İspaniya yarışı ərəfəsində mövqeyini möhkəmlədib. Maraqlıdır ki, bukmeykerlərin fikrincə, mövsümün sonunda hər iki Red Bull sürücüsü Kimi Rəykkönendən yüksək mövqedə olacaq…

Dünya çempionatında qələbə (sürücülər)
Niko Rosbeq1.57
Lyuis Həmilton2.50
Sebastyan Fettel19.00
Daniel Rikkardo, Maks Ferstappen101.00
Kimi Rəykkönen151.00
Daniil Kvyat1501.00
Valtteri Bottas, Felipe Massa, Roman Qrojan, Censon Batton, Fernando Alonso, Kevin Maqnussen, Colion Palmer2001.00
Karlos Sayns, Esteban Qutyerres3001.00
Serxio Peres, Niko Hülkenberq5001.00
Felipe Nasr, Markus Eriksson, Paskal Verlyayn, Rio Haryanto10001.00

 

Bukmeykerlər qəti əmindirlər ki, Mühəndislər Kuboku bu il də Mercedes AMG komandasına qismət olacaq…

Dünya çempionatında qələbə (komandalar)
Mercedes AMG1.02
Ferrari13.00
Red Bull101.00
McLaren501.00
Williams1001.00
Toro Rosso, Force İndia3001.00
Renault, Haas, Sauber, Manor5001.00

 

Saytımızda təşkil olunmuş sorğuda iştirak etməklə, siz də sürücülərin şanslarını dəyərləndirə bilərsiniz…

[wpolling id=”8″ width=”” height=””]


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 258
Teqlər , , ,
Paylaş

logo