23 Oktyabr 2018, Çərşənbə axşamı - 20:44

İ.Roberts FİA-nın yeni tibbi nümayəndəsidir

İ.Roberts FİA-nın yeni tibbi nümayəndəsidir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:48 - 20 Yanvar, 2013

Biz artıq xəbər vermişdik ki, FİA Formula1-ə yeni tibbi nümayəndəsini müəyyən edib – xatırladaq ki, Qəri Hartşteyn keçən ilin noyabr […]

Biz artıq xəbər vermişdik ki, FİA Formula1-ə yeni tibbi nümayəndəsini müəyyən edib – xatırladaq ki, Qəri Hartşteyn keçən ilin noyabr ayında bu vəziəfədən azad olunmuşdu. Dünən məlum olub ki, Qərini qarşıdakı mövsümdə İan Roberts əvəz edəcək.

Roberts Britaniya Helicopter təcili yardım xidmətinin (HEMSHelicopter Emergency Medical Service) anesteziya və intensiz terapiya üzrə məsləhətçisidir. Onun fövqaladə vəziyyətlərdə böyük iş təcrübəsi var və avtoidman sahəsində Britaniyanın ən tanınmış həkimidir.

Roberts Formula1-lə çoxdan əməkdaşlıq edir – son illərdə Silverstoun trasının baş həkimi olmaqla yanaşı Böyük Britaniya Qran Prisinin tibb mərkəzinə başçılıq edib.

Formula1-də İan Robert xilasetmə xidmətinin tibbi koordinatoru funksiyasını yerinə yetirəcək və 2013-cü ilin bütün Qran Prilərində tibbi briqadaya başçılıq edəcək və FİA-nın Formula1-də daimi tibbi nümayəndəsi professor Jan Şarl Pyettə tabe olacaq.

Professor Pyett fövqaladə vəziyyətlərdə bütün prosesə yarışı idarəetmə ofisindən başçılıq edəcək, Roberts isə birbaşa trasda işləyəcək. Onun başlıca vəzifəsi yerli tibbi briqadaya rəhbərlik etməkdir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 254
Teqlər , , , , ,
Paylaş

logo