18 Noyabr 2017, Şənbə - 01:08

İranda Formula1 trası tikilə bilər

İranda Formula1 trası tikilə bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:24 - 29 Fevral, 2016

Keçən ilin əvvəllərində İranın İslamic Republic News Agency xəbər agentliyi bildirmişdi ki, mədəni irs və turizm idarəsinin başçısı Məsud Soltanifar Fars körfəzində yerləşən Kiş adasında Formula1 yarışlarını keçirməyə imkan verən bir trasın tikilməsində dövlət çox maraqlıdır.

Soltanifar bu bəyanatı həmin adaya səfəri zamanı söyləmişdi və bildirmişdi ki, Formula1-in İranda çox böyük gələcəyi var, çünki ölkə gəncləri sürətli maşınlarla maraqlanırlar. Soltanifarın dediyinə görə, bu tras Formula1-in ən gözəl trasına çevrilə bilər…

Keçən həftə, mövsümöncəsi testlər başlamamış ölkənin avtomobil və motosiklet federasiyasının başçısı Mahmud Seydanlu da İslamic Republic News Agency-yə bildirib ki, tezliklə İranda Formula1 trası tikiləcək. O bildirib ki, artıq bir aydan sonra trasın layihəsi hazır olacaq və Berni Ekklstounla detallar razılaşdırılıb.

Şayiələrə görə, bu tədbirin reallaşmasında Almaniya ilə birlikdə digər Avropa ölkələri də maraqlıdırlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə AutoSport.com.ru
Baxış Sayı 304
Teqlər , , , ,
Paylaş

logo