İnterlaqos 2012-ci ildə yenidən qurulacaq

Son vaxtlar Braziliyanın İnterlaqos avtodromundan ağır qəzalar barədə xəbərlər qorxulu münətəzmliklə gəlir. Xüsusən də trasın start düzlüyünə çıxaran sahəsi təhlükəli […]

Son vaxtlar Braziliyanın İnterlaqos avtodromundan ağır qəzalar barədə xəbərlər qorxulu münətəzmliklə gəlir. Xüsusən də trasın start düzlüyünə çıxaran sahəsi təhlükəli görünür – sürücülər buranı yüksək sürətlə keçirlər, hər iki tərəfdən qoruyucu baryerlər isə düz asfaltın yanından çəkilib.

Məhz bu döngədə bir ay əvvəl 29 yaşlı sürücü Qustavo Sondermann həlak olub, 4 il əvvəl isə Rafael Sperafiko həyatla vidalaşıb. 2003-cü ildə isə ağır qəza nəticəsində Fernando Alonso xəstəxanaya düşmüşdü.

Mark Uebber: “Bu yerdə tras yuxarı qalxır və dönür, sürət isə 220 km/saatı keçir. Problem ondadır ki, məhz bu döngəyə girdikdə görmək olur ki, döngədən sonra nə baş verir.”

Təhlükəli sahənin yenidən qurulması məsələsi bir neçə dəfə qaldırılıb, amma hər şey maliyyə problemlərinə görə ləngiyir. Asfalt bu sahədə tribuna və təpənin dik enişi ilə sıxılıb, ona görə də əlavə sahə əldə etmək mümkün deyil. Braziliya avtoklubunun prezidenti Kleyton Pinteyro Agencia Estado agentliyinə bildirib ki, “güman edirəm ki, bu sahədə bizim avadanlıq qurmağa ehtiyatımız yoxdur.”

Amma artıq iş ölü nöqtədən tərpənib. Avtodromun sahiblər görüləcək işlərin planını tərtib ediblər və planla tanış olmaq üçün FİA-nın yarış direktoru Çarli Uaytinqi dəvət ediblər. Qərara alınıb ki, təhlükəli döngənin profili dəyişdirilsin, buna görə tribunanın bir hissəsi söküləcək, işlər altı ay davam etməlidir.

Noyabrın sonlarında Formula1 sürücüləri İnterlaqosda təhlükəli konfiqurasiyada sonuncu dəfə yarışacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*