24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:17

İnfiniti Renault-ya ERS-in təkmilləşdirilməsində kömək edəcək

İnfiniti Renault-ya ERS-in təkmilləşdirilməsində kömək edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

13:45 - 04 Fevral, 2016

İnfiniti şirkəti bu ildən etibarən Renault Sport F1 komandasına ERS sisteminin inkişafında kömək edəcək…

F-1.az xatırladır ki, keçən mövsüm Renault ilə Red Bull arasında münasibətlər son həddə çatmışdı. Bu anlaşılmazlıqdan sonra Red Bull və Renault yollarını ayırdı. Red Bull bu mövsümdən etibarən TAG Heuer brendli Renault mühərriklərindən istifadə edəcək. Belə olan halda isə İnfiniti şirkəti də bu ildən etibarən Red Bull komandasından ayrılaraq, Renault-nun zavod komandasına sponsorluq etməyə başlayıb.

Bildiyiniz kimi, 2014-cü ildən bəri istifadə edilməyə başlanılan turbo mühərriklər ERS adlı sistemdən aslıdır. ERS (Energy Recovery System) enerjini bərpa edən sistemdir.

Xatırladaq ki, Renault keçmişdə KERS-in inkişaf etdirilməsi ilə bağlı Red Bull ilə texniki əməkdaşlıq edib, amma V6 Turbo mühərriklərə keçdikdən sonra Renault ERS sistemini inkişaf etdirməkdə çətinlik çəkirdi. Buna görə də Red Bull-dan texniki cəhətdən kömək istəmişdi.

Amma İnfiniti Twitter üzərindən bildirib ki, onlar ERS-lə bağlı Renault-nun texniki əməkdaşı olacaqlar.

Qeyd edək ki, İnfiniti brendi  Renault-Nissan konserninə mənsubdur.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 361
Teqlər , , ,
Paylaş

logo