22 İyun 2018, Cümə - 15:21

İnfiniti Red Bull Racing – RB10 (video)

İnfiniti Red Bull Racing – RB10 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:13 - 09 Yanvar, 2014

Çempion komanda yeni maşınını çox sadə təqdim edib. Əgər keçən il komandanın təqdimat mərasimi bazada baş tutmuşdusa, bu dəfə komanda […]

Çempion komanda yeni maşınını çox sadə təqdim edib. Əgər keçən il komandanın təqdimat mərasimi bazada baş tutmuşdusa, bu dəfə komanda jurnaslitləri ilk test gününün əvvəlində qısa mərasimə toplayıb – yerli vaxtla saat 08:40-da Sebastyan Fettel və Daniel Rikkardo yeni RB10-un üzərindən pərdəni çəkiblər.

Yeni RB10 ənənəvi rəng çalarlarını saxlayıb, əsas diqqət isə maşının burun hissəsinə yönəlmişdi – bir çox komandalarda maşının bu hissəsi ciddi fərqlənir. Red Bull-un variantı daha ənənəvi görünür – RB10-un burun elementi üçbucaq formasındadır, həm də onun əsl forması rənglər vasitəsilə bacarıqla gizlədilib.

rb10-2
Kristian Horner, komandanın başçısı: “Bu il hər şey sıfırdan başlayır – bu isə konstruktorlar üçün əla çağırışdır. Əsas çətinlikllər yeni motorla bağlı idi, amma biz bu məsələni tamamilə motor təchizatçımıza həvalə etmişik – əminəm ki, Renault şirkətinin hazırladığı motorlar bizim maşında rəqiblərimizin motorlarına uduzmayacaq.

Bu il yarışların xarakteri də dəyişəcək – yanacağa qənaət etmək çox vacib olacaq, strategiyanın əhəmiyyəti artacaq, bunlar isə komanda və sürücülər üçün yeni sınaq olacaq. Bir neçə yarış lazım olacaq ki, hər şey yoluna düşsün, komandalar isə optimal strategiya qurmağa öyrəşəcəklər. Çox güman ki, 4-5 mərhələdən sonra müəyyən şablon formalaşacaq.

Komandada əla atmpsfer hökm sürür. Son illər biz mütəmadi olaraq uğur qazanmışıq və bu uğuru davam etdirməyə köklənmişik. Komanda tarixində ən gərgin fasiləni arxada qoyduq, indi isə mövsümöncəsi testlərə tam hazırıq.”

rb10-3
Ədrian Nyui, texniki departamentin başçısı: “Əlbəttə, yeni motorlara keçid həmişə ciddi çağırışdır. Güc qurğusunu maşına inteqrə etmək çox çətin oldu. Şübhəsiz, 1980-ci illərin sonunda turbomotorların qadağasından sonra ən ciddi motor reqlamenti ilə rastalşdıq. Belə bir keçiddə həlledici rol Renault-nun üzərinə düşdü, biz isə onların hazırladıqları motoru maksimum effektiv yolla şassiyə inteqrə etdik.

Yeni reqlament burun elementinin fərqli konfiqurasiyasını diktə edir. Guya təhlükəsizlik baxımından belə edilir. Amma əslində bu mübahisəli məsələdir, istənilən halda, biz federasiya ilə razılaşmalıyıq. Yeni reqlament yan profilin də maksimum hündürlüyünü tələb edir: faktiki olaraq maşında iki burun alınır – əsas hissə və “yanan lampa” hissəsi. Mən düşünürəm ki, bu çox eybəcərdir. Mənim üçün Formula1 maşınının estetikası da önəmlidir.”

rb10-4
Sebastyan Fettel: “Yeni motorlara keçid bütün komandalar üçün ciddi çağırışdır. Əvvəllər biz həmişə bilirdik ki, maşından nə istəyirik və mövsümdən nə gözləyirik, amma indi vəziyyət fərqlidir, ona görə də nəyisə proqnozlaşdırmaq olduqca çətindir. İndi bizim üçün əsas vəzifə maşını test etmək, onun davranışını başa düşmək, onun hazırkı vəziyyətini düzgün qiymətləndirməkdir. Hələlik biz heç nə bilmirik, amma başa düşdükdən sonra necə güclü maşına sahibik, biz son dörd ildə çıxış etdiyimiz səviyyəyə qalxacayıq.”

rb10-5
Daniel Rikkardo: “Düşünürəm ki, qarşıda bizi çox çətin və çox maraqlı bir mövsüm gözləyir, amma bu mövsümüm həm mən, həm də azarkeşlər səbirsizliklə gözləyirik. Mən karyeramda çox ciddi bir addım atmışam, amma bütün qaydalardakı dəyişiklikləri nəzərə alsaq, həm mən, həm də komanda yeni şeylər öyrənməliyik. Bizim hamımızın qarşısında çətin vəzifələr durur. Əminəm ki, mövsümün sonunda biz uğurlu nəticələrə imza atacayıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 384
Teqlər , , , , , ,
Paylaş

logo
kecioren evden eve nakliyat gaziantep evden eve nakliyat mardin evden eve nakliyat alucrabeylikduzu escort beylikduzu escort bayan hacklink hacklink
antalya escort antalya jigolo