26 Sentyabr 2018, Çərşənbə - 06:55

İlk yarış barədə mütəxəssislər nə düşünürlər?

İlk yarış barədə mütəxəssislər nə düşünürlər?

Müəllif: Rauf Hacıyev, redaktor

06:12 - 01 Aprel, 2017

Ferrari komandasının sabiq sürücüsü Jan Alezi bildirib ki, Ferrari Çin yarışında da güclü performansını davam etdirə bilər.

F-1.az xatırladır ki, Ferrari mövsümöncəsi testlərin ən sürətli komandası olmuş və mövsümün ilk yarışı Avstraliyada Sebastyan Fettellə qalib gəlmişdi.

Jan Alezi: “Yeni qaydalara görə, kimin neçənci olduğunu demək çətin idi. Mercedes və ya Red Bull-un performansı barədə çoxlu müəmma var idi. Amma Avstraliya yarışı Ferrari-nin güclü olduğunu göstərdi və gözləyirəm ki, Çində bu performansı təkrarlayacaqlar. Fettel yarışın əvvəlində Həmiltonu asanlıqla izlədiyi halda, pitlərdən sonra Həmiltonun Fetteli izləyə bilməməsi təəccüblü idi. Bir bolid əvvəldən güclüdürsə, onu təkmilləşdirmək asan olur”.

Amma Flavio Briatore, İvan Kapelli və Yarno Trulli təmkinli danışıblar və Mercedes ilə Red Bull-un təkmilləşəcəyini deyiblər.

Flavio Briatore: “Əsl vəziyyəti Çində görəcəyik. Ferrari yarış ərzində mükəmməl idi, amma Melburn xüsusi trasdır və Red Bull-la Mercedes böyük addımlar atacaqlar. Üç komandanın çempionluq uğrunda mübarizə aparması ideal vəziyyət olar”.

İvan Kapelli: “Məncə, Mercedes və Red Bull asılqan dəyişikliyinə görə qələbə qazana bilmədilər”.

Yarno Trulli: “Ferrari yaxşı başlasa da, hər üç komandanın da inkişaf etməsi üçün yetətli resursu var və hər şey bu inkişafdan asılı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 015
Teqlər , , , , , , , , ,
Paylaş

logo