15 Dekabr 2017, Cümə - 18:11

İlk sıralanma turunda F.Alonso 7-ci olub

İlk sıralanma turunda F.Alonso 7-ci olub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:12 - 21 May, 2017

İndyCar seriyasında əfsanəvi 500 millik marafonun startına bir həftə qalır.

F-1.az xəbər verir ki, beş gün ardıcıl davam edən məşqlərdən sonra ikigünlük sıralanma turu başlayıb.

İndyCar-da sıralanma turu Formula1-dən fərqlənir və iki gün davam edir. Şənbə günü 33 sürücü trasda yarışır. Hər bir sürücü trasa çıxaraq 2 qızdırma dövrəsindən sonra 4 ardıcıl sürətli dövrə vurur və bu 4 dövrənin ümumi nəticəsinə görə protokolda yer alırlar. Yekun protokol iki hissəyə bölünür: ilk 9 sürücü və yerdə qalanlar. Bazar günü yerdə qalan sürücülər yenə də eyni qayda ilə bir həftə sonra baş tutacaq yarışın start düzümündə 10-cu yerdən sonrakı yerlərin sahiblərini müəyyən edirlər. Sonda isə şənbə günü ən sürətli olan 9 sürücü mübarizəyə başlayır. Onların hər birinin 3 cəhdi olur və hər cəhd əvvəlki cəhdin nəticəsini ləğv edir. Yekunda poulun sahibi müəyyən olunur.

Şənbə günü İndianapoilsdə keçmiş F1 sürücüsü Sebastyen Burde ağır qəzaya uğrayıb. Sıralanma turu bir neçə dəfə hava şəraitinə görə dayandırılıb.

McLaren komandasının sürücüsü Fernando Alonso ilk dəfə qatıldığı sıralanma turunda minimum proqramı yerinə yetirib – ispaniyalı sürücü protokollarda 7-ci yerdə qərarlaşaraq bazar günü ilk doqquzluqda mübarizə aparacaq.

Bütün şənbə sıralanma turu sessiyasını aşağıdakı videodan izləmək olar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 151
Teqlər , ,
Paylaş

logo