20 Oktyabr 2017, Cümə - 05:34

İki komanda çəkiliş günü keçirib (video)

İki komanda çəkiliş günü keçirib (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:06 - 19 May, 2017

Reqlamentə əsasən, hər bir komanda il ərzində iki dəfə çəkiliş günü keçirə bilər. Adətən, sponsorlar üçün nəzərdə tutulmuş bu gündə komandalar bəzi yenilikləri də yoxlayırlar.

F-1.az xəbər verir ki, iki komanda bu gün tərəfdaşları və sponsorları ilə birlikdə çəkiliş günü keçirib. Cəmi 100 km-dən ibarət olan bu gündə maşınlara Pirelli-nin nümayiş təkərləri taxılır.

Renault komandası Barselonada, Force İndia isə Silverstounda çalışıb. Qeyd edək, Vicey Malyanın komandası FİA-nın tələblərinə uyğun olaraq, bu dəfə maşının nömrəsini daha yaxşı görünən yerə həkk edib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 528
Teqlər ,
Paylaş

logo