23 Noyabr 2017, Cümə axşamı - 11:41

İ.Kapelli: “Ağ rəng Ferrari-yə uğursuzluq gətirəcək”

İ.Kapelli: “Ağ rəng Ferrari-yə uğursuzluq gətirəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

08:31 - 17 Fevral, 2016

Keçmiş Ferrari pilotu İvan Kapelli bildirib ki, ağ rəng Ferrari-yə yaxşı nəticələr gətirməz…

F-1.az xəbər verir ki, Ferrari 2016-cı ildə bolidin daxili detallarından başqa, xarici görünüşündə də dəyişiklik etməyi planlaşdırır.

Ferrari neçə ildir ki, qırmızı və az da olsa qara rənglə yarışır. Amma italyanlar bu il ağ rəngdən daha çox istifadə edə bilərlər. Hətta jurnalistlərin böyük əksəriyyəti bu il mühərrik qapağının ağ rəngdə olacağını bildiriblər.

İvan Kapelli bu barədə fikirlərini bildirib: “Mən Ferrari-nin yenidən ağ rəngdən istifadə edəcəyini eşidəndə təəccübləndim. Amma ağ rəng Ferrari-yə uğur gətirməyəcək.

Bilirəm, qırmızı-ağ rəng Ferrari-yə uğur gətirib, amma əfsanəvi dövr sonrakı illərdə olub.

Maranello 1993-cü ildən etibarən ağ rəngi yavaş-yavaş yox elədi və ənənəvi rəngə qayıtdı. Ondan sonra ağ rəng hər il bir az da azaldıldı və hər il daha uğurlu nəticələr əldə edildi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər ,
Paylaş

logo