20 Noyabr 2017, Bazar ertəsi - 11:25

Hunqarorinqdə M.Ekström hamıdan sürətli olub

Hunqarorinqdə M.Ekström hamıdan sürətli olub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:36 - 25 Sentyabr, 2016

Mattias Ekström Hunqarorinqdə Audi-nin qələbə seriyasını davam etdirərək bazar günü yarışda qələbə qazanıb. Poulun sahibi Edoardo Mortara startda geri düşüb və təkəri deşildiyi üçün əlavə pit-stop etdiyinə görə heç bir xal qazana bilməyib.

F-1.az bildirir ki, hər iki sıralanma turunun və şənbə yarışının qalıbı Edoardo Mortara bu dəfə uğursuzluqla üzləşib: italiyalı sürücü yaxşı start almayıb və əvvəlcə komanda yoldaşı Mattias Ekströmü, daha sonra isə çempionatda əsas rəqibi olan BMW sürücüsü Marko Vittmannı irəli buraxıb.

Amma bir neçə döngə keçdikdən sonra mövqeyini geri qaytarmağa çalışan Mortara Vittmannla təmas yaşayıb və Markonun maşınını Ceymi Qrinin maşınına yönəldib.

Vittmann çətinliklə trasda qala bilib, amma dördüncü yerə düşüb, Mortaranın maşınında isə təkər deşilib və sürücü yeni təkər dalınca tam bir dövrə vurmalı olub. Edoardo trasa sonuncu yerdə qayıdıb. Qrin də boksa gəlməli olub, amma onun üçün mübarizə başa çatıb.

Birinci dövrədəki xaosdan sonra vəziyyət stabilləşib. Mütləq pit-stoplardan sonra Ekström liderliyini saxlayıb və inamlı qələbə qazanıb. Xatırladaq ki, veteran sürücü mövsümün son iki yarışında çıxış edə bilməyəcək və karyerasının son yarışında qələbə qazanması çox əlamətdar olub.

Mattiasın komanda yoldaşı Tambe finiş xəttini ikinci keçməklə Audi-yə qələbə dublu qazandırıb. Podiumun aşağı pilləsinə isə gözlənilmədən Xunkadelya qalxıb – 11-ci yerdən start alan sürücü ilk döngədəki qatışıqlıqdan layiqincə yararlanıb.

Vittmann finiş xəttini 4-cü keçib və çempionatda Mortara üzərindəki üstünlüyünü 26 xala çatdırıb. Mortara isə bütün yarışı sonuncu yerdə keçirib, finişə 1 dövrə qalmış isə boksa yollanıb.

Titul uğrunda mübarizədən Mercedes-in sürücüsü Robert Uikens kənar qalıb. Qızdırma dövrəsindən sonra start düzlüyündə öz yerində dayanmadığı üçün peleton daha bir qızdırma dövrəsinə, Robert isə sonuncu yerə göndərilib. Kanadalı sürücü bütün yarışı hücum etsədə, yarışı 12-ci yerdə başa vura bilib.

YerSürücüKomandaZaman/Fərq
1 Mattias EkströmAudi Sport Team Abt Sportsline59:09.402
2 Adriyen TambeAudi Sport Team Rosberg+ 0:04.350
3 Daniel XunkadelyaMercedes-AMG DTM Team HWA+ 0:15.870
4 Marko VittmannBMW Team RMG+ 0:23.295
5 Antoniu Feliks da KoştaBMW Team Schnitzer+ 0:24.209
6 Tom BlomkvistBMW Team RBM+ 0:26.067
7 Timo QlokBMW Team RMG+ 0:26.813
8 Timo ŞayderAudi Sport Team Phoenix+ 0:31.792
9 Maksim MartenBMW Team RBM+ 0:38.310
10 Mayk RokenfellerAudi Sport Team Phoenix+ 0:38.675
11 Marin TomçikBMW Team Schnitzer+ 0:39.966
12 Robert UikensMercedes-AMG DTM Team HWA+ 0:40.327
13 Feliks RozenkvistMercedes-AMG DTM Team ART+ 0:40.710
14 Bruno SpenqlerBMW Team MTEK+ 0:41.317
15 Pol di RestaMercedes-AMG DTM Team HWA II+ 0:41.777
16 Kristian FitorisMercedes-AMG DTM Team Mücke+ 0:42.352
17 Lukas AuerMercedes-AMG DTM Team Mücke+ 0:42.755
18 Qəri PaffetMercedes-AMG DTM Team ART+ 0:43.015
19 Maksimilyan GötzMercedes-AMG DTM Team HWA II+ 0:45.388
20 Miqel MolinaAudi Sport Team Abt+ 1:07.034
21 Edoardo MortaraAudi Sport Team Abt Sportsline+ 3 dövrə
Finiş görməyənlər:
 Niko MüllerAudi Sport Team Abt8 dövrə
 Auqusto FarfusBMW Team MTEK2 dövrə
 Ceymi QrinAudi Sport Team Rosberg1 dövrə

Son Xəbərlər

İnformasiya

Bölüm DTM
Mənbə
Baxış Sayı 376
Teqlər , , , , ,
Paylaş

logo