16 Dekabr 2017, Şənbə - 03:18

Hülkenberq və Bottas Renault-ya keçirlər?

Hülkenberq və Bottas Renault-ya keçirlər?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:02 - 13 Oktyabr, 2016

Renault gələn ilə heyətini açıqlamayan komandalardan biridir. Son şayiələrə görə, zavod komandası Valtteri Bottas və Niko Hülkenberqlə danışıqlar aparır.

F-1.az xatırladır ki, əvvəlcə Renault şirkəti Serxio Peres və Karlos Saynsın namizədliklərini nəzərdən keçirmişdi. Amma meksikalı sürücü Force İndia-da qalmağa üstünlük vermiş, Saynsı isə Red Bull buraxmamışdı. İki imtinadan sonra fransızlar diqqətlərini Niko Hülkenberqə yönəldiblər. Force İndia komandasına artıq rəsmi xəbər verilib ki, rəqib komanda sürücü ilə maraqlanır, amma komanda əmindir ki, Niko heç yerə getməyəcək.

Otmar Safnauer, Force İndia-nın əməliyyat direktoru: “Biz güman edirik ki, Hülkenberq bizimlə davam edəcək. Əlbəttə, əgər sürücü getmək istəsə, onu bizim komandada qalmağa məcbur etmək axmaqlıq olardı. Amma mən Nikoya getməyi məsləhət görməzdim, çünki bizim komandamız hazırda Mühəndislər Kubokunda 4-cü yer uğrunda mübarizə aparır. Bəs Renault nə uğrunda mübarizə aparır?”

Renault şirkəti eyni zamanda Valtteri Bottasın da komandaya dəvət olunması imkanlarını nəzərdən keçirir. Amma finlandiyalı sürücü elə indiki komandası ilə də birillik müqavilə bağlamaq istəyir ki, gələn ilin sonunda çempionat iştirakçılarının reqlament dəyişikliyindən sonra formasını dəqiqləşdirsin və sonra uzunmüddətli müqavilə bağlasın. Deyilənlərə görə, Williams hazırkı sürücüsünə ikiillik, Renault isə üçillik müqavilə təklif edib.

Bottas və Hülkenberqin qərarından digər sürücülərin də taleləri asılıdır. Əgər onların hər ikisi transferə razı olsalar, onda Force İndia və Williams-da maraqlı vakansiyalar peyda olacaq. Auto Motor und Sport hesab edir ki, bu yerlərə Felipe Nasr, Esteban Qutyerres, Kevin Maqnussen, Colion Palmer, Paskal Verlyayn, Esteban Okon və Daniil Kvyat namizəddirlər. Gözləmək olar ki, Renault-nun qərarından sonra sürücülər bazarında canlanma olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 234
Teqlər , , , , , , , , , , , , ,
Paylaş

logo