H.Sörtiz hospitalda keçinib

Bəzən yarışlarda belə olur, heç bir təhlükə yaratmayan qəzalar sürücülərin ölümü ilə nəticələnir. Formula2-nin debüt mövsümü faciə gətirib, Brənds Hətçdə […]

Bəzən yarışlarda belə olur, heç bir təhlükə yaratmayan qəzalar sürücülərin ölümü ilə nəticələnir. Formula2-nin debüt mövsümü faciə gətirib, Brənds Hətçdə bazar günü keçirilən ikinci yarışda 18 yaşlı gənc sürücü, Formula1-in 1964-cü il dünya çempionu Con Sörtizin oğlu Henri Sörtiz dünyasını dəyişib…

Ceki Klarkın trasdan çıxıb baryerlərə çırpılmasından sonra arxa sol təkər maşından qopub ayrılıb və trasın əks tərəfinə yavaş-yavaş tullana-tullana yönəlib. Hamıya elə gələndə ki, təkər heç kimə dəymədən trası tərk edəcək, elə bu zaman təkər göyə qalxıb və zərblə Henrinin başına çırpılıb. Sürücü huşunu itirib, maşın baryerlərə çırpılıb və dayanıb. Özünü yetirən həkimlər gənc sürücünü maşından çıxarıb trasın tibb mərkəzinə çatdırıblar, daha sonra onu helikopterlə kral hospitalına yollayıblar, amma həkimlərin səyləri nəticə verməyib – axşam Henri Sörtizin ölümü təsdiqlənib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*