Honda Motor şirkəti Formula1-i tərk etməsini bəyan edəndən sonra şayiələr yayılırdı ki, şirkət zavod komandasını hətta 1 dollara satmağa hazırdır. Konsernin nümayəndəsi təsdiq edib ki, Ross Braunla Honda Racing komandasının gələcəyi barədə danışıqlarda komandanın dəyəri əsas məsələlərdən olmayıb…
Honda Motor-un nümayəndəsi Yaponiyanın Yomiuri Shimbun qəzetinə bildirib ki, “Keçən ilin dekabrında biz Formula1-dən getdikdən sonra biz komandanın yalnız bir şərtlə satmaq istəyirdik – komanda Formula1 çempionatında iştirakını davam etdirməlidir. Qiymət məsələsi müzakirə olunmurdu. Biz komandanı müəyyən şirkətlərə satmaq istəmirdik ki, onlar komandanı aldıqdan sonra hissə-hissə daha baha qiymətə sata bilərlər.
Biz həm də yüzlərlə personalın gələcək iş yerinə zəmanət vermək istəyirdik. Məncə, hər şey yaxşı qurtardı.”
Honda Motor-un nümayəndəsi razılaşmanın maliyyə tərəflərini açıqlamaqdan imtina edib…