Honda Racing-in yeni adı Brawn Racing olacaq?

Son şayiələrdə təkidlə bildirilir ki, keçmiş Honda Racing komandası Ross Braunun nəzarətinə keçəcək, amma yeni komandanın adı hələ də məlum […]

Son şayiələrdə təkidlə bildirilir ki, keçmiş Honda Racing komandası Ross Braunun nəzarətinə keçəcək, amma yeni komandanın adı hələ də məlum deyil. Fevralın 25-də Kərolin MakQrori adlı bir xanım (maraqlıdır ki, Honda Racing komandasının sələfi BAR komandasının hüquqşünasının adı da belə idi) internetdə iki domen adını qeydiyyatdan keçirib – brawnracing.com və brawnracing.co.uk.

Bu bir təsadüfdürmü, yoxsa növbəti kiberskvottinq cəhdidir (ucuz qiymətə domen adını alıb brend sahibinə baha qiymətə satmaq), bəlkə də yeni komanda yeni sahibinin soyadı ilə adlandırılacaq – yaxın günlərdə hər şey məlum olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*