18 Oktyabr 2018, Cümə axşamı - 14:06

Honda-nın yenilikləri 40 at qüvvəsi üstünlük gətirəcək?

Honda-nın yenilikləri 40 at qüvvəsi üstünlük gətirəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

18:03 - 05 İyun, 2018

Bəzi iddialara əsasən Honda şirkəti bu həftəsonu Kanadaya böyük yeniliklər gətirəcək.

F-1.az bildirir ki, yaponiyalı mühərrik istehsalçının yenilikləri güc qurğusunun performansını 40 at qüvvəsi artıra bilər.

Brendon Hartli: “Rəqəmləri dəqiq bilmirəm. Bunu Honda və ya Toro Rosso-dan soruşmaq lazımdır. Lakin düşünürəm ki, yeniliklər çox böyük təsir yaradacaq”.

Pyer Qasli: “Fərqi görmək üçün cümə gününü gözləyəcəm. Bəzən Formula1-də işlər gözlənildiyi kimi getmir. Ancaq çox həyəcanlıyam”.

Qeyd edək ki, Mercedes, Ferrari və Renault-nun da Kanadaya yeniliklər gətirməsi gözlənilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 104
Teqlər , , , , ,
Paylaş

logo