16 Dekabr 2017, Şənbə - 07:29

Honda-nın taleyinə oktyabrda aydınlıq gələcək

Honda-nın taleyinə oktyabrda aydınlıq gələcək

Müəllif: Elçin Zodorov, redaktor

08:08 - 14 İyul, 2017

F-1.az xəbər verir ki, Auto Motor und Sport nəşri Honda-nın düşdüyü mürəkkəb vəziyyət barədə yazıb. Onlar hesab edirlər ki, Honda-nın Formula1-dəki gələcəyi oktyabr ayında aydınlaşacaq.

Honda-nın gələn il üçün formal olaraq McLaren və Sauber-lə müqaviləsi var. Lakin yaponlar Sauber-lə əldə olunmuş razılığı pozmaq istəyirlər, çünki danışıqlar komandanın köhnə rəhbəri Monişa Kaltenbornla aparılmışdı. Bu baş verərsə, isveçrəlilər Ferrari motorları ilə davam edə və ya Mercedes motorlarına keçə bilərlər.

Artıq ikinci variant daha real görünür, çünki komandaya yenicə rəhbər təyin olunmuş Frederik Vassyörün Mercedes Motorsport-un başçısı Toto Volffla əla münasibətlərinin olduğu deyilir. Tərəflər həm də Paskal Verlyaynın Sauber-də qalmasında maraqlıdırlar.

McLaren-in vəziyyəti isə çox çətindir. Honda-nın oktyabra qədər güc qurğusunun yeni versiyasını hazırlayacağı gözlənilir. Məhz bundan sonra əməkdaşlığın davam edib-etməyəcəyi aydın olacaq. Əgər McLaren Honda-dan imtina etsə, yaponları bu idmanda saxlayan səbəb olmayacaq və çox güman ki, Formula1 proqramlarını yekunlaşdıracaqlar. Hazırda McLaren cəbhəsi qarşı tərəfi açıq-aşkar tənqid edir, Fernando Alonso da gələcəyi barədə qərarı məhz oktyabrda verəcəyinə işarə vurur.

Əsas sual isə başqadır: Honda-dan imtina edilsə, McLaren gələn il hansı şirkətin motorları ilə çempionatda iştirak edəcək? Mercedes və Ferrari bu məsələyə çox da isti münasibət göstərmirlər. Renault ilə danışıqlar aparıldığı və müsbət nəticə əldə edildiyi, Honda məsələsi aydınlaşana qədər rəsmi açıqlamanın verilməyəcəyi bildirilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 241
Teqlər , , , , , , , ,
Paylaş

logo