Honda-nın bazasında işlər davam edir

Qeyri-rəsmi məlumatlara görə, Honda Racing komandasının bazasında Mersedes motorlarından istifadə olunması üçün şassi üzərində dəyişiklik işləri davam etdirilir – komanda […]

Qeyri-rəsmi məlumatlara görə, Honda Racing komandasının bazasında Mersedes motorlarından istifadə olunması üçün şassi üzərində dəyişiklik işləri davam etdirilir – komanda mövsümün ilk yarışına hazırlığını davam etdirir, amma əsas məsələ hələ həll olunmayıb – komandanın yeni sahibin adı elan olunmayıb, potensial sərmayədarlarla danışıqlar barədə isə heç nə məlum deyil.

Deyilənlərə görə, Honda Racing komandasının hazırkı statusunu saxlamaq məqsədilə komanda başçısı Nik Fray xarici kapital hesabına ala bilər. Əgər maşınlar Melburnda starta çıxmarsa, onda komandanın qiyməti kəskin aşağı düşəcək, bi rçox həlledici müqavilələr pozulacaq, bu isə həll olunmaz problemlərə gətirib çıxara bilər və faktiki olaraq komandanın bağlanması ilə başa çata bilər – ona görə də maşınları Melburna gətirmək və yarışdan əvvəl texniki prosedurdan keçirmək olduqca vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*