21 Oktyabr 2017, Şənbə - 19:50

Honda-nın 2016-cı ildə hədəfi sıralanma turunda 3-cü seansdır

Honda-nın 2016-cı ildə hədəfi sıralanma turunda 3-cü seansdır

Müəllif: Elçin Zodorov, redaktor

11:30 - 13 Yanvar, 2016

Honda-nın avtoidman üzrə (Honda Motorsport) rəhbəri Yasuhisa Arai 2016-cı ildə müntəzəm olaraq sıralanma turlarında 3-cü seansa yüksəlməyi hədəf seçib. McLaren Honda keçən mövsümdə 27 xal toplamış və yalnız Manor-u qabaqlayaraq 9-cu olmuşdu.

F-1.az xəbər verir ki, bu mövsüm Honda-nın mövcud problemləri həll etməsi və komandanın daha güclü olması gözlənilir.

Bu barədə danışan Arai bildirib: “Melburndakı yarışa qədər ERS və etibarlılıq problemlərini həll etmək istəyirik. Hədəfimiz sıralanma turlarında 3-cü seansa çıxa bilməkdir. Podium zəfərləri istəyirik, amma bunun nə vaxt, hansı yarışda baş verəcəyini deyə bilmərəm. Biz addım-addım inkişaf etməliyik. İlk addım da 3-cü seansa yüksələ bilməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər , , , , ,
Paylaş

logo