Honda mühərriyi barədə Toro Rosso düşünməlidir

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Honda mühərriklərinə görə Toro Rosso narahat olmalıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarış ərzində Massanı izləsə də, mühərriyin zəif performansına görə hücum edə bilməyib və yarışı 8-ci yerdə bitirib.

Fernando Alonso: “Bütün yarış ərzində bolidimiz güclü idi, amma ötmə edə bilmədik. Mühərrikdəki gücsüzlük özünü göstərdi. Meksikadan sonra burada da hücum edə bilmədik. Son döngədə Felipeyə çox yaxın idim. Düşünürdüm ki, keçərəm, amma alınmadı. Bu hal gələn il üçün Toro Rosso-nu narahat edə bilər. Ümid edirəm ki, Renault mühərriyi güclənər və biz də yaxşı performans göstərərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*