18 Oktyabr 2017, Çərşənbə - 00:15

Honda güc qurğusunun üç yeni versiyasını hazırlayır

Honda güc qurğusunun üç yeni versiyasını hazırlayır

Müəllif: Elçin Zodorov, redaktor

12:19 - 16 Avqust, 2017

Avstriya Qran Prisindən əvvəl Honda Fernando Alonso və Stoffel Vandornun maşınına güc qurğusunun yeni – üçüncü versiyasını qoymuşdu. Yeniliklər sərbəst yürüşlərdə özünü yaxş göstərmişdi, lakin Fernando yenə MGU-H generatorunda problem yaşadığına görə köhnə motora qayıtmalı olmuşdu.

Bu da göstərirdi ki, Honda motorun gücündə müsbət nəticəyə nail olsa da, etibarlılıq cəhətdən problemlər yerində qalır. Macarıstan Qran Prisi isə hər iki sürücünün cari mövsümdə xal topladığı ilk yarış olmuşdu.

F-1.az xəbər verir ki, yaponlar güc qurğusu üzərində işləməyə davam edir və artıq Belçika Qran Prisi üçün yeni versiyanın hazır olduğu bildirilir. Digər versiyalar isə Malayziya Qran Prisində və mövsümün son yarışlarından birində təqdim oluna bilər. Bu barədə Honda Motorsport-un rəhbəri Yusuke Haseqava Marca qəzetinə danışarkən bildirib.

Yusuke Haseqava: “Biz motorun yeni iki versiyasını hazırlayacağıq. Bəlkə də üç. İstənilən halda, iş davam edir. Bundan başqa, biz strateji məsələlər barədə də düşünməliyik – hansı yarışdan əvvəl yeni motorlar götürərək cərimələnmək daha səmərəli olar, araşdırmalıyıq. Mən əminəm ki, yeni mühərrik daha yaxşı olacaq, amma hansı səviyyədə irəliləyiş əldə edəcəyik, bunu bilmirəm. Digər motor istehsalçıları ilə müqayisədə daha sürətli inkişa edirik, lakin bu, təbiidir. Çünki biz geridəyik”.

Bununla belə, AS qəzeti yazır ki, McLaren-in yaponlarla əməkdaşlığı dayandırması ehtimalı əvvəlki kimi yüksəkdir və komandanın Renault motorlarına keçəcəyi barədə şayiələr gəzir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 15. 931
Teqlər , , , ,
Paylaş

logo