Honda gələn ilə hazırlaşır

Honda Motorsportun rəhbəri Yusuke Haseqava bildirib ki, gələn il Toro Rosso komandası ilə daha yaxşı işlər görmək istəyirlər.

F-1.az xatırladır ki, Honda McLaren ilə uğursuzluqdan sonra britaniyalılar ilə yolları ayırmış və gələn il üçün Toro Rosso ilə müqavilə bağlamışdı.

Yusuke Haseqava
: “Bu həftəsonu McLaren ilə son yarışımıza çıxacağıq və daha sonra bizim üçün yeni dövr başlayacaq. Geridə qalan 3 ilə baxmayaraq, 2018-ci ildə daha güclü olacağımıza inanıram. Hər il inkişaf etdik və yay tətilindən sonra orta qrupun güclü komandalarından biri ola bildik. Bu dövrdə bizi dəstəkləyən bütün fanlara təşəkkür edirəm. Onlara yaxşı nəticələr bəxş etmək istəsək də, alınmadı. İndi 2018-ci il üçün daha gərgin proqramımız var və hamı var gücü ilə işləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*