23 Noyabr 2017, Cümə axşamı - 11:42

Honda etibarlılıq probleminə görə testlərdə keçənilki mühərriklə işləyə bilər!

Honda etibarlılıq probleminə görə testlərdə keçənilki mühərriklə işləyə bilər!

Müəllif: Elçin Zodorov, redaktor

14:04 - 18 Fevral, 2016

İspaniya mətbuatı iddia edir ki, komanda Honda-nın yeni mühərrikindəki etibarlılıq problemlərinə görə ilk testlərə keçən ilin mühərriki ilə qoşulmağı qərara alıb.

F-1.az xatırladır ki, Marca bir neçə gün əvvəl Honda mühərrikinin işə salındığını, keçənilkindən daha güclü olduğunu, amma yeni turboda çox ciddi etibarlılıq probleminin olduğunu yazmışdı.

Marca yenə bu məsələyə toxunub və bildirir ki, McLaren gələn həftənin əvvəli başlayacaq mövsümöncəsi ilk testlərə 2015-ci ilin mühərriki ilə qoşulacaq. Bunun səbəbi etibarlılıq problemidir. Əgər problemlər öz həllini taparsa, 2-ci testlərdə yeni mühərrikdən istifadə olunacaq.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 292
Teqlər , , ,
Paylaş

logo