22 Noyabr 2017, Çərşənbə - 20:43

Hokkenhaymda Mortara, çempionatda isə Vittmannın qələbəsi

Hokkenhaymda Mortara, çempionatda isə Vittmannın qələbəsi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:34 - 16 Oktyabr, 2016

DTM mövsümünün son yarışında iki sürücünün və onların komandalarının gərgin mübarizəsi Audi və Edoardo Mortaranın xeyrinə başa çatıb. Amma çempionatda italiyalı sürücü BMW-dən Marko Vittmanna uduzub…

F-1.az xatırladır ki, mövsümün son yarışı ərəfəsində Marko 17 xal rəqibindən öndə olduğu üçün hər şey sadə və aydın idi: çempionluğu bayram etməsi üçün Vittmanna ilk beşlikdə finiş görmək kifayət idi. İlk döngələrdə 3-cü yerə yüksələn almaniyalı sürücü məqsədininin reallaşmasını bir az asanlaşdırıb.

Amma hamının diqqəti Mortarada olub. Elə də yaxşı start almayan italiyalı sürücü ilk dövrələrdə Markonun komanda yoldaşları Blomkvist və Marteni üstələyərək rəqibin arxasına düşüb.

5-ci dövrədə titula namizədlər iki mövqe də qazanıblar – liderlik uğrunda mübarizə aparan Antoniu Feliks da Koşta və Qəri Paffet toquşublar: portuqaliyalı sonuncu yerə düşüb, britaniyalı sürücü isə pit-leyndən keçmək cəzası alıb.

Mortara sancaq döngəsində əsas rəqibini üstələyərək uzaqlaşmağa başlayıb – bundan sonra komandalar liderləri üçün taktiki gedişlər etməyə başlayıblar. Trafikə düşməmək üçün hər iki komanda məcburi pit-stopu sona qədər təxirə salıblar, liderlərə görə komandaların digər sürücüləri də boksa getməyiblər. Ona görə də liderlər boksa gedəndən sonra trasda vəziyyət ciddi dəyişib.

Mortara trasa öndə qayıdıb, Vittmann isə 7-ci yerdə. Amma liderləri ayıran sürücülər arasında olan Audi sürücüləri boksa yollandıqdan, Blomkvist öz komanda yoldaşını irəli buraxdıqdan sonra BMW sürücüsü 4-cü yerə yüksəlib. Almaniyalı sürücü elə bu mövqedə finiş görərək son 3 ildə ikinci dəfə titula yiyələnib.

Son yarışı Mercedes sürücüləri Kristian Fitoris və Pol di Resta erkən pit-stop strategiyası sayəsində podiumda başa vurublar…

YerSürücüKomandaZaman/Fərq
1 Edoardo MortaraAudi Sport Team Abt Sportsline1:02:52.131
2 Kristian FitorisMercedes-AMG DTM Team Mücke+ 0:03.040
3 Pol di RestaMercedes-AMG DTM Team HWA II+ 0:04.294
4 Marko VittmannBMW Team RMG+ 0:05.030
5 Timo QlokBMW Team RMG+ 0:06.103
6 Maksim MartenBMW Team RBM+ 0:08.947
7 Tom BlomkvistBMW Team RBM+ 0:13.857
8 Ceymi QrinAudi Sport Team Rosberg+ 0:15.054
9 Robert UikensMercedes-AMG DTM Team HWA+ 0:16.012
10 Martin TomçikBMW Team Schnitzer+ 0:21.313
11 Mayk RokenfellerAudi Sport Team Abt Sportsline+ 0:21.503
12 Bruno SpenqlerBMW Team MTEK+ 0:22.230
13 Niko MüllerAudi Sport Team Abt+ 0:24.962
14 Miqel MolinaAudi Sport Team Abt+ 0:25.979
15 Qəri PaffetMercedes-AMG DTM Team ART+ 0:27.937
16 Lukas AuerMercedes-AMG DTM Team Mücke+ 0:29.298
17 Rene RastAudi Sport Team Phoenix+ 0:36.530
18 Timo ŞayderAudi Sport Team Phoenix+ 0:39.112
19 Maksimilyan GötzMercedes-AMG DTM Team HWA II+ 0:55.972
20 Daniel XunkadelyaMercedes-AMG DTM Team HWA+ 6 dövrə
21 Feliks RozenkvistMercedes-AMG DTM Team ART+ 7 dövrə
22 Auqusto FarfuşBMW Team MTEK+ 10 dövrə
Finiş görməyənlər:
 Antoniu Feliks da KoştaBMW Team Schnitzer21 dövrə
 Adrien TambeAudi Sport Team Rosberg15 dövrə

Son Xəbərlər

İnformasiya

Bölüm DTM
Mənbə
Baxış Sayı 445
Teqlər , ,
Paylaş

logo