24 Noyabr 2017, Cümə - 09:44

Hokkenhaymda M.Molina hamıdan sürətlidir – çempion hələ məlum deyil

Hokkenhaymda M.Molina hamıdan sürətlidir – çempion hələ məlum deyil

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:37 - 15 Oktyabr, 2016

Gərgin keçən şənbə yarışı startdan finişə qədər liderlik edən Audi-nin ispaniyalı sürücüsü Molinanın qələbəsi ilə başa çatıb – amma əsas hadisələr onun arxasında cərəyan edib.

F-1.az xəbər verir ki, DTM bu həftəsonu Hokkenhaymda mövsümü başa vurur və bu gün baş tutan şənbə yarışını Miqel Molina inamlı qələbə ilə bitirib. Molina startdaca poulun sahibi Antoniu Feliks da Koştunu üstələyərək mövsümdə 2-ci, karyerasında isə 3-cü qələbəsini bayram edib.

Amma hamının diqqəti titula iki namizəddə olub: çempionatın lideri Marko Vittmann 4-cü yerdən start alıb, ilk dövrədə bir mövqe qazanıb, 8-ci dövrədə sancaq döngəsində da Koştunu da keçərək ikinciliyə yüksəlib.

Yarışın ilk hissəsində hamı titul uğrunda mübarizənin başa çatdığını güm edib. Markonun əsas rəqibi Edo Mortara startda bir neçə mövqe qazansa da, sancaq döngəsinə xarici radiusla girdiyi üçün elə start aldığı 8-ci mövqeyə düşüb.

Amma ruhdan düşməyən Mortara yüksək ustalıq nümayi etdirməklə rəqiblərini bir-bir keçməyə başlayıb. Dördüncü yerə çıxan Edo finişə az qalmış da Koştunu aqressiv manevrlə üstələyərək Vittmanna çatmağa çalışıb – amma damalı bayraq Markoya ikinci yer və daha 3 xal üstünlük hədiyyə edib. Sabah baş tutacaq son yarış ərəfəsində Marko əsas rəqibi üzərində üstünlüyünü 17 xala çatdırıb.

Pol di Restanın 10-cu yeri Mercedes nümayəndələri üçün ən yaxşı nəticə olub…

YerSürücüKomandaZaman/Fərq
1 Miqel MolinaAudi Sport Team Abt43:02.346
2 Marko VittmannBMW Team RMG+ 0:01.661
3 Edoardo MortaraAudi Sport Team Abt Sportsline+ 0:02.805
4 Antoniu Feliks da KoştaBMW Team Schnitzer+ 0:04.870
5 Mayk RokenfellerAudi Sport Team Abt Sportsline+ 0:06.064
6 Rene RastAudi Sport Team Phoenix+ 0:07.992
7 Timo QlokBMW Team RMG+ 0:11.858
8 Ceymi QrinAudi Sport Team Rosberg+ 0:15.970
9 Tom BlomkvistBMW Team RBM+ 0:17.188
10 Pol di RestaMercedes-AMG DTM Team HWA II+ 0:19.048
11 Auqusto FarfuşBMW Team MTEK+ 0:21.208
12 Adriyen TambeAudi Sport Team Rosberg+ 0:21.928
13 Maksim MartenBMW Team RBM+ 0:22.471
14 Bruno SpenqlerBMW Team MTEK+ 0:23.233
15 Niko MüllerAudi Sport Team Abt+ 0:23.808
16 Timo ŞayderAudi Sport Team Phoenix+ 0:24.288
17 Maksimilyan GötzMercedes-AMG DTM Team HWA II+ 0:24.712
18 Lukas AuerMercedes-AMG DTM Team Mücke+ 0:24.967
19 Qəri PaffetMercedes-AMG DTM Team ART+ 0:30.584
20 Martin TomçikBMW Team Schnitzer+ 0:35.904
21 Daniel XunkadelyaMercedes-AMG DTM Team HWA+ 0:37.372
22 Kristian FitorisMercedes-AMG DTM Team Mücke+ 0:43.593
23 Robert UikensMercedes-AMG DTM Team HWA+ 2 dövrə
Finiş görməyən:
 Feliks RozenkvistMercedes-AMG DTM Team ART9 dövrə

Son Xəbərlər

İnformasiya

Bölüm DTM
Mənbə
Baxış Sayı 397
Teqlər , , ,
Paylaş

logo