H.Marko: “Testlərdə RB9 rəqiblərin maşınlarından ağır idi”

Biz artıq xəbər vermişdik ki, mövsümöncəsi testlərdə Red Bull maşınları ən yavaş maşın olublar və bu hal hamını təəccübləndirib. Red […]

Biz artıq xəbər vermişdik ki, mövsümöncəsi testlərdə Red Bull maşınları ən yavaş maşın olublar və bu hal hamını təəccübləndirib. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko etiraf edib ki, komandanın müəyyən çətinlikləri üzə çıxıb, amma yavaş sürət onunla izah olunur ki, Sebastyan Fettel və Mark Uebber dolu yanacaq çəni ilə işləyiblər…

Helmur Marko: “Biz testlərdə az yanacaq miqdarı ilə işləməmişik, bizim maşınlar həmişə rəqiblərimizə nisbətən çox ağır olub. Son günlərdə RB9-a yeniliklər quraşdırılarkən biz müəyyən çətinliklərlə rastlaşdıq, maşının balansı pozuldu, ona görə də müxtəlif ölçmələrlə məşğul olduq və sıralanma turunu imitasiya etmədik. Mövsümün əvvəlindən rəqabət çox yüksək olacaq, amma biz rəqiblərimizdən geri qalmırıq.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*