H.Marko şayiələrə fikir vermir

Red Bull şirkətinin avtoidman üzrə məsləhətçisi yeni RB8 maşınının texniki reqlamentin tələblərinə cavab verməməsi şayiələrini təkzib edib. Mövsümöncəsi testlərin son […]

Red Bull şirkətinin avtoidman üzrə məsləhətçisi yeni RB8 maşınının texniki reqlamentin tələblərinə cavab verməməsi şayiələrini təkzib edib.

Mövsümöncəsi testlərin son iki gününü Red Bull komandası RB8-in tam yenilənmiş versiyasını yoxlamağa başlayıblar və bir çox ekspertlər mexaniklərin kənar gözlərdən maşının arxa hissəsini, xüsusən də qazburaxma sistemini gizlətməsini görüblər, hətta bundan ötrü çətirlərdən belə istifadə olunub.

Ekspertlər güman ediblər ki, komandanın yeniliklər FİA-nın yeni texniki reqlamentinin ən son həddində hazırlanıb, axı bu ildən qazburaxma sisteminə sərt məhdudiyyətlər tətbiq olunub.

Avstriyanın Kleine Zeitung qəzetinin jurnalisti Markoya sual verib ki, “federasiya işlənmiş qazların enerjisindən aerodinamik effektliyin artırılması üçün istifadə tam qadağa qoyubmu?”

Helmut Marko: “Xeyr, reqlament qazburaxma sisteminin ancaq çıxış borularının yerləşməsinə məhdudiyyətlər qoyub, yəni bu borular xüsusi parametrlərə cavab verməlidirlər.”

Şayiələrə görə, Red Bull maşını reqlamentin tələblərini gizlin pozub, bu barədə Marko deyib ki, “bu fikir bizə aid deyil, bizim fikrimizcə, reqlamentdə hər şey aydın yazılıb və bizim maşın bu reqlamentin tələblərinə cavab verir.”

Hərçənd, FİA-nın yarış direktoru Çarli Uaytinq federasiyanın mətbuat xidmətinə müsahibəsində bildirib ki, komandalar əvvəlki illərdə qazburaxma sistemləri barədə qazandıqları bütün təcrübə və biliklərindən maksimum istifadə etməyə çalışırlar, ona görə də, çox güman ki, gələn il reqlament yenə də dəyişəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*