H.Marko: “İspaniyada bizim maşınlar 0.3 saniyə sürətlənəcəklər”

Red Bull komandasının hazırladığı RB6 maşını ciddi modernizə olunub və İspaniya Qran Prisində daha sürətli olacaq – bu barədə Sports […]

Red Bull komandasının hazırladığı RB6 maşını ciddi modernizə olunub və İspaniya Qran Prisində daha sürətli olacaq – bu barədə Sports and Talk from the Hangar 7 televiziya şousu zamanı komandanın məsləhətçisi Helmut Marko bildirib. Avstriyalı mütəxəssisin fikrincə, mövsümün Avropa hissəsinin startı ərəfəsində komanda titul uğrunda mabrizəyə tam hazırdır…

Helmut Marko: “Hazırda bunun üçün zəruri olan hər bir şeyimiz var. Biz əminik ki, əsas məqsədimizə çata biləcəyik – dünya çempionatında qələbə qazanmaq. Əldə etdiyimiz səhih məlumatlara görə, Barselonada bizim maşınlar daha 0.3 saniyə sürətli olacaqlar. Mənə elə gəlir ki, bu ciddi rəqəmdir.”

Mövsümün ilk dörd Qran Prisində Red Bull sürücüləri hər dəfə sıralanma turunda qalib gəliblər, amma texniki nasazlıqlar və taktiki səhvlər Sebastyan Fettel və Mark Uebberə cəmi bir yarışda qələbə qazanmağa imkan verib. Mühəndislər Kubokunda komanda hələlik McLaren və Ferrari-dən geri qalır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*