18 Noyabr 2017, Şənbə - 16:07

H.Marko: “Biz nəzərdə tutduğumuz formada deyilik”

H.Marko: “Biz nəzərdə tutduğumuz formada deyilik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:29 - 05 Mart, 2014

Servus TV-nin efirində Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Marko etiraf edib ki, mövsümöncəsi testlərdə toplanmış güclü komandalardan geriqalmanı mövsümün […]

Servus TV-nin efirində Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Marko etiraf edib ki, mövsümöncəsi testlərdə toplanmış güclü komandalardan geriqalmanı mövsümün gedişində aradan qaldırmaq asan olmayacaq…

Helmut Marko: “Mövsüm biz istədiyimizdən ən azı iki ay tez başlayacaq – indi biz nəzərdə tutduğumuz formada deyilik. Qət olunmuş məsafədə geriqalmamız çox böyükdür. Biz bilmirik ki, bu geriqalmanı aradan qaldırmaq üçün nə qədər vaxt tələb olunur, həm də aradan qaldıra biləcəyikmi?”

Hərçənd, ekspertlər bu bədbinliyi inandırıcı saymırlar – testlərdə hamı görüb ki, RB10-un yüksək effektivliyə malik olan aerodinamikası var, göstərdiyi zəif nəticələr isə Renault motorları ilə bağlı olub – motor ustaları süni yolla motorun dirsəkli valının dövriyyələrinin sayını məhdudlaşdırıblar ki, etibarlılıq problemlərindən sığortalanmaqla komandalara maşının işi barədə məlumat toplamaq üçün müəyyən məsafə qət etməyə imkan olsun. Etibarlılıq və soyutma sistemlərinin problemləri həll olunduqdan sonra Red Bull-un sürəti ciddi arta bilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 162
Teqlər , , ,
Paylaş

logo