H.Kovalaynenə ralliyə keçmək məsləhət olunur

Əfsanəvi sürücü, ralli üzrə dördqat dünya çempionu Yuha Kankkunen həmyerlisi Heykki Kovalaynenə məsləhət görüb ki, karyerasını rallidə davam etdirsin – […]

Əfsanəvi sürücü, ralli üzrə dördqat dünya çempionu Yuha Kankkunen həmyerlisi Heykki Kovalaynenə məsləhət görüb ki, karyerasını rallidə davam etdirsin – bu barədə Finlandiyanın İltalehti qəzeti yazıb…

Məlum olduğu kimi, Heykki 2007-ci ildən Formula1-də çıxış edirdi və indi müqaviləsiz qalıb, müxtəlif müsahibələrində Kovalaynen bir neçə dəfə qeyd edib ki, gələcək karyerası barədə heç bir dəqiq planı yoxdur, amma Formula1-dən kənarda avtoidmandan onu yalnız ralli cəlb edir.

Yuha Kankkunen: “Mənə elə gəlir ki, ralli Heykki üçün ağıllı alternativ ola bilər, hərçənd, onun qarşısında digər imkanlar da açılır, məsələn, DTM və ya Lə Man. Mən donmuş Kuusamo gölünün üzərində ralli maşınında Heykki ilə gəzmişəm. Heykki buz üzərində əla sürürdü, çox istedadlıdır. Həm də Heykki dünya çempionatında əla səviyyədə çıxış edə bilər.

Heykki kimi səviyyəli sürücüyə maliyyə dəstəyi tapmaq çətin deyil. Heykki Kiminin yolu ilə gedə bilər – Rəykkönenin rallidə çıxışını sponsorlar ödəyirdilər…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*